İQTİSADİYYAT


Oktyabrın 4-də keçirilən hərracda 14 dövlət əmlakı satılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.

Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013-cü illər arasında dəyişir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/sKmjK ).

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar oktyabrın 11-i, 18-i və 25-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.