İQTİSADİYYAT


Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb

Tbilisi, 15 avqust, AZƏRTAC

Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 milyon dollar xarici investisiya yatırılıb, bu da 2016-cı illə müqayisədə 20,6 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 465 milyon dolları və ya ümumi investisiyaların 24,6 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ölkənin iqtisadiyyatına ikinci ən çox investisiya yatıran ölkə Niderland (356,7 mln. dolar), üçüncü yerdə isə 286,3 milyon dollarla Türkiyədir.

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyalar 2017-ci ildə bu ölkənin ümumi daxili məhsulunun 12,5 faizini təşkil edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.