CƏMİYYƏT


Paytaxt sakinindən heroin aşkarlanaraq götürülüb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarış zamanı ondan doqquz qrama yaxın heroin aşkarlanıb.

Davam etdirilən tədbirlər nəticəsində onun paytaxtın Nizami rayonu ərazisindəki mənzilinə baxış zamanı oradan 110 qram heroin və elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.