Prezident: Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir
Bakı, 21 iyul, AZƏRTAC
Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Şuşada artıq bir neçə beynəlxalq tədbirin - “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.