DÜNYA


Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı

Bakı, 18 avqust, AZƏRTAC

Avstriya xarici işlər naziri xanım Karin Knayslın toy mərasimində iştirak edən Rusiya Prezidenti Vladimir Putin təzə evlənənlərə kənd mənzərəsinin əks olunduğu rəsm əsəri, qədim yağçəkən və Tula samovarı hədiyyə edib.

AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya tərəfinin daha bir hədiyyəsi Kuban kazak xorunun çıxışı olub. Putin, həmçinin Avstriya kansleri Sebastyan Kurts ilə qısa söhbət edib.

Mətbuat katibi bildirib ki, tam sərbəst və səmimi mühitdə keçən toy mərasimində Putin alman dilində geniş sağlıq söyləyib. Ona qonaqpərvər Avstriyaya gəlməsinə yaradılan imkana görə məmnunluğunu bildirib. Prezident, həmçinin cütlüyün nikah mərasiminə qatılıb.

Rusiya lideri toyda bir saata yaxın olub və bu gün axşam Berlinə gedib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.