ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universiteti tələbələr üçün güzəştlər və təqaüdlər nəzərdə tutur

Bakı, 15 avqust, AZƏRTAC

Qərbi Kaspi Universiteti qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün güzəştlər nəzərdə tutur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bal intervalı 601-700 olan tələbələrə 100 faiz güzəşt ediləcək. Eyni zamanda, 551-600 arası bal toplayanlara 70 faiz, 501-550 arası bal toplayanlara 50 faiz, 451-500 arası bal toplayanlara 30 faiz, 380-450 arası bal toplayan tələbələrə isə 20 faiz güzəştlər ediləcək.

Güzəştlər barədə http://wcu.edu.az/az/news/view/yuksek-bal-toplayan-telebeler-ucun-nezerde-tutulmus-guzestler  linkində ətraflı məlumat verilir.

Qərbi Kaspi Universiteti yüksək bal toplayan tələbələrə müvafiq təqaüdlər də verəcək. Universitetdə 450-500 arası bal toplayanlara 50 manat, 501-550 arası bal toplayanlara 80 manat, 551-600 arası bal toplayanlara 100 manat, 601-650 arası bal toplayanlara 150 manat, 651-700 arası bal toplayan tələbələrə isə 200 manat təqaüd nəzərdə tutulur. IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ilində 25 faizdən 100 faizədək güzəştlərdən faydalana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.