Qırğızıstan portalında Şuşada keçirilən Beynəlxalq Media Forumu haqqında məqalə dərc olunub
Bakı, 25 iyul, AZƏRTAC
Qırğızıstanın “kabar.kg” xəbər portalında Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumu haqqında məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən tədbirin ölkəmizin mətbuatının 147-ci ildönümünə həsr edildiyi qeyd olunur.
Materialda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə müraciətini oxuduğu bildirilib, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılovun, ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damjan Krnjeviç Miskoviçin və TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın çıxışları işıqlandırılıb.
Forum iştirakçılarının Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yeni binası və onun işi ilə tanış olduqları barədə yazan müəllif diqqətə çatdırıb ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov AZƏRTAC-ın yaranma tarixi, qurumun keçdiyi inkişaf yolu, qlobal informasiya məkanındakı yeri və tutduğu mövqelər barədə qonaqlara məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:46]
SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq
- 23.09.2026 [17:27]
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
- 23.09.2026 [16:48]
Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO
- 23.09.2026 [16:38]
Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ
- 23.09.2026 [16:37]