İDMAN


“Qızıl top” mükafatına bütün namizədlərin adları açıqlanıb

Bakı, 8 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ilk beşlikdə Serxio Aqüero (“Mançester Siti”), Qaret Beyl (“Real Madrid”), Kərim Benzema (“Real Madrid”), Alisson Bekker (“Liverpul”) və Edinson Kavani (PSG) yer almışdılar.

Bu saatlarda FIFA və “France Football” jurnalı digər futbolçuların da adlarını açıqlayıb. Digər namizədlər bunlardır: Tibo Kurtua ("Real Madrid"), Kriştianu Ronaldu ("Yuventus"), Kevin De Bruyne ("Mançester Siti"), Roberto Firmino ("Liverpul"), Dieqo Qodin ("Atletiko"), Antuan Qrizmann ("Atletiko Madrid"), İsko Alarkon ("Real Madrid"), Eden Azar ("Çelsi"), Harri Keyn ("Tottenhem") və Nqolo Kante ("Çelsi"), Uqo Lyoris ("Tottenhem"), Mario Mancukiç ("Yuventus"), Sadio Mane ("Liverpul"), Marselo ("Real Madrid"), Kilian Mbappe (PSG).

Təqdimetmə mərasimində, həmçinin FIFA ilk dəfə olaraq ən yaxşı gənc oyunçuya da mükafatlar təqdim edəcək. Ən gənc oyunçuların siyahısında Trent Arnold ("Liverpul", 20 yaş),

Ussyem Aua ("Lion", 20 yaş), Patrik Kutrone ("Milan", 20 yaş), Ritsu Doan ("Qroningen", 20 yaş), Canluici Donnarumma ("Milan", 19 yaş), Amadu Aydara ("Zaltsburq", 20 yaş), Castin Klüvert ("Ayaks"/"Roma", 19 yaş), Kilian Mbappe (PSG, 19 yaş), Kristian Pulişiç ("Borussiya", 20 yaş) və Rodriqo Silva De Qoes ("Santos", 17 yaş) yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.