“Real Madrid” klubu “Portu”nun müdafiəçisi ilə razılığa gəlib
Bakı, 21 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Portuqaliyanın “Portu” klubunun braziliyalı müdafiəçisi Eder Militao “Real Madrid” klubu ilə razılığa gəlib.
AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, “kral” klubu “Portu”ya transferə görə, 50 milyon avro ödəyəcək. İyirmi bir yaşlı müdafiəçi ilə yay transfer pəncərəsində rəsmən müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, keçən il Braziliyanın “San Paulo” klubundan 4 milyon avro qarşılığında transfer olunan Militao cari mövsüm “Portu”nun heyətində iştirak etdiyi 24 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:40]
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]