Respublika Qadınlar Cəmiyyətində Ulu Öndərin 90 illik yubileyi qeyd edilmişdir
Bakı, 9 may (AZƏRTAC). Mayın 9-da Respublika Qadınlar Cəmiyyətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Cəmiyyətin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.
Tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzmüşlər.
Sonra tədbir Cəmiyyətin ofisində davam etdirilmişdir.
Cəmiyyətin sədri Bahar Qasımova müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin bütün mənalı ömrü boyu xalqımızın xoşbəxtliyi uğrunda mübarizə apardığını, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu gün həmin yolu uğurla davam etdirdiyini bildirmişdir.
Tədbirdə polis polkovniki Gülbahar Məmmədova, vaxtilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi işləmiş Rəfiqə Qazıyeva, Ümummilli Liderin xüsusi qayğısını görmüş Rəhim Hüseynov, şəhid anası Fəridə Fətullayeva və başqaları bu böyük şəxsiyyətlə bağlı xatirələrini söyləmişlər.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [15:39]
Rəşad Əzizov: Ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb
- 11.02.2026 [14:47]
Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib
- 11.02.2026 [14:07]
Bakıda “Avropanın meydanları” adlı fotosərgi açılıb
- 11.02.2026 [12:53]
Suriyalı pianoçu: Qara Qarayevin musiqisi rəngarəng çalarlara malikdir
- 11.02.2026 [11:43]