İDMAN


Roberto Bordin: "Qarabağ" üzərində qələbə qazanmaq böyük önəm kəsb edir

Bakı, 29 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

"Bu, komandanın, bütün kollektivin qələbəsidir. Əsas odur ki, yaxşı oyun göstərib, 3 xal qazandıq. "Qarabağ” Avroliqada oynamış komandadır. Bu rəqib üzərində qələbə qazanmaq böyük önəm kəsb edir. Bunun üçün şadam”.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan çempionatının 9-cu turunda "Qarabağ" üzərində qələbədən (3:1) sonra təşkil olunmuş mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis belə oyunlardan sonra özünəgüvən hissinin daha da yüksəldiyini bildirib: "Komandanı qələbə münasibətilə təbrik edirəm. Sonadək mübarizə aparan rəqibə qalib gəldik. İlk hissədə mübarizə apardıq, hücumlar etdik və qollar vurmağa nail odluq. Çətin oyun oldu. Amma hazırda qələbəni qeyd edirik. Futbolçulara təşəkkürümü bildirmək istəyirəm. Futbolda qələbə də olur, məğlubiyyət də. Əsas sonadək mübarizə aparmaqdır. Bu gün çox yaxşı nəticəyə nail olduq. Yaxşı oyun göstərdik. Qələbəyə layiq idik. Yol uzundur. Düşünürəm ki, biz hələ kiçik bir addım atdıq. Bu çox önəmli addım oldu. Əsas odur ki, mübarizəni bu tempdə davam etdirək”.

Roberto Bordin komandanı meydana 5 müdafiəçi ilə çıxarmağına da aydınlıq gətirib: "Rəqibin Avroliqadakı oyunlarını izləmişdik. Fikir vermişdik ki, "Qarabağ” xüsusən mərkəzdən gəlir. Buna görə də onlara mərkəzdə oynamağa icazə verdik və hücumlarımızı cinahlardan qurduq. Bu da öz nəticəsini verdi. Yəni hər üç qolu cinahlardan qurduğumuz hücumlar nəticəsində vurduq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.