Rusiya 3+3 formatının ən yaxın zamanda işə salınmasını təxmin edir
Moskva, 21 oktyabr, AZƏRTAC
Rusiya Cənubi Qafqaz üzrə 3+3 formatının (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan, Gürcüstan) ən yaxın zamanda işə salınmasını təxmin edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.
O, məsləhətçi regional mexanizmin yaradılması ideyasının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edildiyini xatırladıb.
“Bildiyiniz kimi, Rusiya bu təşəbbüsü dəstəkləyib. Biz, çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formatdakı bütün iştirakçıların maraqlarına tam cavab verdiyinə əsaslanırıq. Fikrimizcə, bu mexanizmin işə salınması dövlətlərarası münasibətlərdə inamın artırılması, mövcud ziddiyyətlərin tənzimlənməsi və regionun iqtisadi, nəqliyyat və humanitar potensialın aşkar edilməsinə kömək edərdi”, - deyə M.Zaxarova bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [13:54]
Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB
- 04.09.2026 [12:55]
Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib
- 04.09.2026 [12:04]
Mariyana Kuyundziç: Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir
- 04.09.2026 [11:51]
Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb
- 04.09.2026 [02:28]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb
- 04.09.2026 [00:04]
Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
- 03.09.2026 [19:42]