İQTİSADİYYAT


Rusiya Vergi Xidməti və Azərbaycan Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb

Bakı, 17 aprel, AZƏRTAC 

"Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"nın "Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi"nə uyğun olaraq, Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Federal Vergi Xidmətinin beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaç deyib.

Onun fikrincə, ekspertlərin hazırlıq səviyyəsi, təcrübə mübadiləsi, hər iki ölkənin vergi orqanlarının son illərdə əldə etdikləri nailiyyətlərə göstərilən maraq, bu formatın ikitərəfli əməkdaşlıq baxımından çox faydalı olacağına əminlik yaradır: “Qeyd edim ki, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında yalnız Azərbaycan və Rusiya maliyyə hesabları üzrə informasiya mübadiləsinin qlobal sisteminə qoşulub. Biz artıq məlumat mübadiləsinə başlamışıq və proses davam edir. Düşünürəm ki, burada da qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün ciddi zəmin və imkanlar var. Hətta MDB ölkələrindən olan digər həmkarlarımızla danışa bilərik ki, onlar da bu prosesə qoşulsunlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.