ELM VƏ TƏHSİL


“Sabahın alimləri” XII respublika müsabiqəsinə start verilir

Bakı, 5 oktyabr, AZƏRTAC

ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII respublika müsabiqəsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Müsabiqə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması da əsas hədəflərdəndir.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndəriləcəklər.

Şagird və müəllimlər daha ətraflı məlumatı www.sabahinalimleri.edu.az internet səhifəsindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.