REGİONLAR


Şabranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Şabran, 21 yanvar, Elxan Yusifli, AZƏRTAC

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan rayon sakini Əfqan Məmmədovun üzərinə baxış zamanı 0,2 qram qurudulmuş marixuana aşkarlanıb. O, ifadəsində narkotik vasitəni həmyerlisi Elmar adlı şəxsdən aldığını bildirib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Elmar Babayev saxlanılıb və onun yaşadığı evə baxış keçirilib. Oradan siqaret və kibrit qutularında, həmçinin plastmas qabda ümumi çəkisi 274,7 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Babayev narkotik vasitəni xüsusi aqrotexniki qaydada qulluq edərək evdə dibçəklərdə becərdiyini bildirib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.