REGİONLAR


Salyanda tibbi maska istehsal olunur

Salyan, 5 aprel, Mahir Babayev, AZƏRTAC

Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə Salyan Peşə Liseyində tibbi maskaların istehsalına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq və həmrəylik nümayiş etdirməkdir.

Tibbi maskalar əhaliyə pulsuz paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.