SİYASƏT


Sergey Lavrov Rusiya Prezidentinin Fəxri Fərmanını Polad Bülbüloğluna təqdim edib

Moskva, 12 fevral, AZƏRTAC

Fevralın 11-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə MDB dövlətlərinin fövqəladə və səlahiyyətli səfirləri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edib və onun fəaliyyətini yüksək qiymətləndirib.

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarlarına səmimi təbriklərini çatdırıblar.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.