Şimali Makedoniyada səsvermə başa çatıb
Ankara, 21 aprel, AZƏRTAC
Şimali Makedoniyada keçirilən prezident, o cümlədən Ohri, Debre və Novo Selo şəhərləri üzrə bələdiyyə sədri seçkilərinə səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21.00) başa çatıb.
AZƏRTAC Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) rəsmi saytına istinadla xəbər verir ki, səsvermədə seçicilərin 40 faizdən çoxu iştirak edib.
Prezident seçkilərində üç əsas namizəd- Stevo Pendarovski, Gordana Silyanovska və Blerim Reka mübarizə aparıblar. Mövcud hakimiyyət, o cümlədən ölkənin türk icmaları da daxil olmaqla 31 siyasi partiya Stevo Pendarovskini müdafiə ediblər.
İlkin nəticələr bir neçə saatdan sonra məlum olacaq. DSK isə yekun qərarını aprelin 22-də elan edəcək.
Ekspertlərin rəyinə görə, seçkilərin ikinci turu qaçılmazdır. Ehtimal edilir ki, seçkilər ikinci tura keçsə mayın 5-də mübarizə Stevo Pendarovski və Gordana Silyanovska arasında aparılacaq.
Qeyd edək ki, Şimali Makedoniya əhalisinin 1.808.131 nəfəri səsvermə hüququna malikdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]
Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib
- 09.05.2026 [22:59]