ELM VƏ TƏHSİL


Şirvan şəhərində müəllimlər ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında məlumatlandırılacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi yanvarın 28-də saat 11:00-da Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə elmi-metodiki seminarlar keçirəcək. Seminardan əvvəl plenar iclas təşkil olunacaq.

DİM-dən AZƏRTAC-a bildirilib ki, plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında çıxış edəcək.

Azərbaycan dili fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək modellər, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında danışacaq. Riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları barədə məlumat verəcək. İngilis dili fənni üzrə seminar 115 nömrəli tam orta məktəbin müəllimi, seminar rəhbəri Şəhla Musayeva buraxılış imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarından danışacaq.

Seminarlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad, Neftçala rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər.

İclas və seminarlar Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.