Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı YENİLƏNİB

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı YENİLƏNİB

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

AZƏRTAC bəyanatı təqdim edir:

“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyasının 2022-ci il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüfümüzü ifadə edirik.

Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin propaqanda aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına xidmət etmir, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni “humanitar fəlakət” ab-havası yaratmağa çalışırlar.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında tamamilə əsasız şəkildə Ermənistanın Azərbaycanın suveren əraziləri haqqında iddialarla çıxış etməsi qəbuledilməzdir və bu cür yanaşma Təhlükəsizlik Şurasının təməl prinsiplərinə ziddir.

Bir daha bildiririk ki, etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə sayğısızlıq, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.

Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur.

Etiraz aksiyasının keçirildiyi yerdən medianın, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan aydın görünür ki, humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələri sərbəst hərəkət edə bilir və bunun üçün aksiya iştirakçıları tərəfindən hər bir şərait yaradılır. Həmçinin ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin humanitar problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya “blokada”ya alınması kimi iddiaların heç bir əsası yoxdur.

Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir.

Biz, həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinləri birgə yaşayışa dəvət edirik.

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.

Bəyanatı adları aşağıda qeyd olunan QHT-lər qəbul edib:

1. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi- İlqar Orucov

2. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi - Azər Allahverənov

3. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi - Zaur İbrahimov

4. “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi - İsrayıl İsgəndərov

5. “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi - Nurəddin Mehdiyev

6. “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi - Günel Səfərova

7. “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi - Həsənov Sadiq Hüseyn oğlu

8. “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Balayev Səlim Loğman oğlu

9. “Eko-Aləm” İctimai Birliyi - Yüzbaşeva Sevil İsmayıl qızı

10. Ekoloji İnformasiya İctimai Birliyi - Muradlı Musa Heydər oğlu

11. “EkoSfera” Sosial Ekoloji Mərkəzi - Firuzə Sultanzadə

12. “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi - İsayeva Sevil Hacıbala qızı

13. “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi - Nəzərov Çingiz Manaf oğlu

14. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi - Yusubova Qəmzə Xanlar qızı

15. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi - Etibar Məmmədov

16. "Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi - Rahilə Mehtiyeva

17. Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi - Cəfərli Elman Niyazil oğlu

18. Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi - Hüseynli Rübabə Əlişirin qızı

19. “Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi - Hüseynov Tarverdi Tapdıq oğlu

20. Gənclər üçün Təhsil Mərkəzi - Fəxrəddin Həsənzadə

21. Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi - Həsənova İradə İsrafil qızı

22. “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyi - Rəşad Məmmədli

23. “Ortaq Dəyərlər” İctimai Birliyi - Aqil Camal

24. “Sağlamlığa Xidmət” İctimai Birliyi - Elçin Muxtarlı

25. “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi - Amin Məmmədov

26. “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi - Nərminə Qəribova

27. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi - Zaur Quliyev

28. “Gənclərin Töhfəsi” İctimai Birliyi - Məhsəti Hüseynova

29. “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi - Aynur Zülfüqarova

30. Milli Qeyri-Hökumət Təşkilatları Forumu - Rauf Zeyni

31. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı - Cəlil Xəlilov

32. Beynəlxalq Avrasiya Mətbuat Fondu - Umud Mirzəyev

33. Konstitusiya Araşdırmalar Fondu - Əliməmməd Nuriyev

34. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası - Sahib Məmmədov

35. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti - Novella Cəfərova

36. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi - Səltənət Qocamanlı

37. "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi - Səadət Bənənyarlı

38. "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyi - Mayis Əliyev

39. Biosfer İctimai Birliyi - Qorxmaz İbrahimli

40. “Azad İstehlakçılar” İctimai Birliyi - Eyyub Hüseynov

41. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi - Füzuli Rzaquliyev

42. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi - Emin Həsənli

43. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi - Ramil İsgəndərli

44. İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi - Şəlalə Həsənova

45. "Demokratiyanı Öyrənmə" İctimai Birliyi - Mirəli Hüseynov

46. “İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi - Cəsarət Hüseynzadə

47. “Azərbaycan Uşaqları” İctimai Birliyi - Kəmalə Ağazadə

48. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı - Asif Əsgərli

49. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi - Mehriban Zeynalova

50. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi - Fikrət Yusifov

51. “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Müşviq Ələsgərli

52. “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi - Elçin Mirzəbəyli

53. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi - Elşad Məmmədli

54. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi - İlqar Hüseynli

55. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi - Faiq İsmayılov

56. “Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi - Anar Xəlilov

57. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi - Vüqar Əhmədov

58. Azərbaycan Jurnalistlər Şəbəkəsi - Ayaz Mirzəyev

59. “Elmi Araşdırmalar” İctimai Birliyi - Telman Qasımov

60. Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Assosiasiyası - Dilarə Əfəndiyeva

61. “Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyi - Vəli Əlibəyov

62. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi - Elçin Salmanov

63. “Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi - Mətanət Əsgərqızı

64. "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi -Elməddin Muradov

65. “Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi - Səyyad Məcidov

66. “İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyi - Əyyub Kərimli

67. “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi - Naibə Behbudova

68. "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi - Səməd Vəkilov

69. "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi - Səbuhi Abdullayev

70. “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi - Niyaz Niftiyev

71. QEYD Sosial Maarifləndirmə İctimai Birliyi - Tural Nurməmmədov

72. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi - Sevinc Fədai

73. Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi - Fariz Əkbərov

74. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi - Ağayev İlkin

75. “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi - Səfərov Raci

76. “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi - Hicran Alməmmədova

77. "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi - Namiq Nəcəfov

78. Səhiyyə və Sağlam Həyat İctimai Birliyi - Könül Əlizadə

79. Azərbaycan Əlillər Cəmiyyəti - Xədicə Mikayılova

80. “Qadın dünyası” İctimai Birliyi - Kifayət Niftəliyeva

81. “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi - Fərhad Abdulov

82. "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyi - Nadir İsmayılov

83. İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi - Abbas Pənahov

84. Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi - İlham Əliyev

85. Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyi - Elçin Çobanzadə

86. Sosial Dayaq İctimai Birliyi - Qərənfil Niftəliyeva

87. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi - Xatirə Vəliyeva

88. "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi - Radə Abbas

89. Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi - Elnarə Abbasova

90. "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi - Maral Zamanova

91. Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi - Gülşən Behbudova

92. “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi - Nəzakət Həsənova

93. Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi - Emin Şirvanzadə

94. Jurnalist Qadınlar Assosiasiyası - Sevil Yusifova

95. “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyi - Aidə Səfərova

96. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi - Habil Niftalı

97. “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi - Elnarə Məhərrəmova

98. “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi - Toğrul Allahverdiyev

99. "Media Araşdırmaları və Monitorinq Mərkəzi” İctimai Birliyi - Şahbazov Şadman

100. “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi - Almaz Zeynalova

101. Sakura Azərbaycan-Yaponiya İctimai Birliyi - Təranə Hüseynova

102. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi - Orduxan Qəhrəmanzadə.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir