Türkiyə və Rusiya prezidentləri Tehranda görüşəcəklər
Bayburt, 17 iyul, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində iyulun 19-da Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII toplantısı Tehran şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, toplantıda Türkiyə-İran əlaqələrinin bütün istiqamətləri və ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar nəzərdən keçiriləcək.
Məlumatda diqqətə çatdırılır ki, elə həmin gün Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə rəsmi Tehranın ev sahibliyi çərçivəsində Astana formatında üçtərəfli Zirvə Toplantısı təşkil olunacaq.
Bu toplantıda Suriyadakı proseslər, PKK/YPG və İŞİD başda olmaqla bölgədəki təhlükəsizliyə təhdid olan terror təşkilatları ilə mübarizə, böhranın siyasi həlli yolları, humanitar yardım və suriyalıların vətənlərinə könüllü şəkildə geri dönmələri barədə müzakirələrin aparılması nəzərdə tutulub.
Tehranda Türkiyə və Rusiya prezidentlərinin ikitərəfli görüşü də planlaşdırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bayburt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]