Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda VII “Caspian Energy Forum” keçirilib YENİLƏNİB VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Bakıda VII beynəlxalq “Caspian Energy Forum” keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun açılışında çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Forum Baku-2018”in Azərbaycan hökuməti və “Caspian European Club”un dəstəyi ilə keçirildiyini deyib.

Bildirib ki, “Caspian Energy Forum Baku-2018”ə 70 ölkədən olmaqla sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitələrinin, dövlət agentlikləri və xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə qatılıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, forum siyasi və iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Builki forum əlamətdar günə - “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünə təsadüf edir. “Caspian Energy Forum Baku” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin müxtəlif qurumları və şirkətlərinin nümayəndələrinin bir araya toplaşdığı və yeni əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Nazir 24 il öncə imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, ölkəmizə qazandırdığı və bundan sonra da qazandıracağı dividendlərdən danışıb: “Hazırda biz regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Həmçinin Balkan ölkələrinin təbii qaza olan tələbatının böyük hissəsi ödənəcək. Bu boru kəmərləri zəncirinin əsas qaz mənbəyi “Şahdəniz” yatağıdır və gələcəkdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların resurslarında da istifadə edilə bilər".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə forumun əhəmiyyətindən, ölkədə ekoloji və ətraf mühitin qorunması sahəsində görülən işlərdən danışıb. O, Xəzər dənizində ekoloji vəziyyətin qorunması üzrə həyata keçirilən layihələrdən bəhs edib.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum Baku-2018”in iştirakçılarına ünvanladığı videomüraciəti dinlənilib. Maroş Şefçoviç videomüraciətində deyib: “Avropa enerji baxımından vacib regiondur. Enerji tranziti də bizim üçün əhəmiyyətlidir və qaz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan, eləcə də Xəzər regionu Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaşlardandır. Siz Cənub Qaz Dəhlizinin əsas təchizatçısısınız. Bu layihənin rellaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, biz iqlim dəyişikliyi ilə bağlı əsas hədəflərə çatacağıq və ümumilikdə geosiyasi mühit dəyişəcək. Birgə səylərimizlə biz 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə müvəffəq olacağıq. Bu, tarixi hadisə olacaq”.

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi sayəsində bütün iştirakçı ölkələrlə yanaşı, ümumilikdə Avropa dövlətləri də qazanacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir və o, Aİ-nin strateji layihələri sırasındadır. Cənub Qaz Dəhlizi qitədə dekarbonizasiyaya və enerji səmərəliliyinə öz töhfəsini verəcək”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bildirib.

Forumun sessiyalarında çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov ölkədə alternativ və bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilən layihələrindən danışıb. Bildirib ki, ABOEMDA başlıca hədəf kimi 2020-ci ilə qədər 420 meqavat qoyuluş gücü olan külək, günəş və bioenerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirir.

Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev qeyd edib ki, komitədə çalışan 3500 əməkdaş imtahan verərək attestasiyadan keçiriləcək. Attestasiya imtahanından keçməyənlər gömrük sistemindən xaric ediləcək. Hazırda 3500-ə yaxın əməkdaşımız var. Onların hamısı rotasiya qaydasında çalışır.

Komitə sədrinin müavini hazırda ölkədə 50 gömrük postunun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bu gömrük postlarından 31-i sərhəd-gömrük, 19-u isə yerlərdə yaradılmış gömrük postlarıdır. Eyni zamanda, 5 gömrük idarəsi yaradılıb.

Azərbaycanda kiçik və orta biznes evlərinin yaradılacağını deyən Kiçik və Orta biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov isə deyib ki, sahibkarlar bu evlərdə dəstək tədbirləri ilə əhatə olunacaq. Eyni zamanda, burada elektron platforma üzərindən xidmətlər təklif ediləcək. Sahibkar evləri innovativ brend kimi tanınacaq.

“Son illər bankların səhmdarları 1,5 milyard manat kapital inyeksiyası həyata keçirib. İlin əvvəlindən 348 milyon manat kapitallaşma yekunlaşıb. Müşahidələrimiz göstərir ki, kapital investisiyalarında xarici investisiyanın çəkisi yüksəkdir - 600 milyon manatdır. Bu da beynəlxalq təşkilatların və xarici investorların Azərbaycanda bank sektorundakı sistemli islahatlara inamının artdığını göstərir,” - deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib.

“Caspian Energy Forum Baku-2018”də müxtəlif dövlət qurumlarının, eləcə də forumun sponsoru və partnyoru olan şirkətlərin nümayəndələrinin məruzələri dinlənilib.

Forum çərçivəsində çıxış edən bütün iştirakçılara minnətdarlıq sertifikatları verilib, Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə beynəlxalq “Caspian Energy Award 2018” mükafatı təqdim olunub.

Bakıda VII “Caspian Energy Forum” keçirilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Hava Yollarının Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırılıb

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub