Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilib YENİLƏNİB -2 VİDEO

Vilnüs, 22 may, AZƏRTAC

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları biznes forumda çıxış ediblər.

Prezident Gitanas Nausedanın
çıxışı

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli nazirlər, biznes ictimaiyyətinin nümayəndələri, möhtərəm qonaqlar, xanımlar və cənablar.

Mən litvalı həmkarların da iştirakı ilə Azərbaycandan olan çox sayda iş adamını Vilnüsdə salamlamaqdan məmnunam. Ümidvaram ki, bugünkü müzakirələr ölkələrimizə mövcud əlaqələri dərinləşdirməyə və yeni tərəfdaşlıqları inkişaf etdirməyə kömək edəcək.

Bu il Litva və Vilnüs 700 illiyini qeyd edir. Paytaxtımızın mövcudluğunun ilk günləri Litva hökmdarı Gediminas xarici liderlərə, tacirlərə, müxtəlif sosial təbəqələrdən və dindən olan sənətkarlara dəvət məktubları göndərməsi ilə yadda qaldı. O vaxtdan bu yana Litva başqaları ilə birgə fəaliyyət göstərmək, yeni ideyalar əldə etmək və inkişaf etmək üçün ambisiyalı yolla gedir.

Azərbaycan xalqının ulu əcdadları da bu hekayənin bir parçası olaraq hələ XV əsrdə Litva elçilərini qəbul ediblər. Bu gün biz ikitərəfli əlaqələrimizin sağlam vəziyyətinə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq. Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli və əlçatandır, bütün Avropa İttifaqında ən yaxşılarından biridir.

2020-ci ildə qlobal tənəzzül zamanı Litva ümumi daxili məhsulun mənfi dəyişməsinə imkan vermədi. Bu uğurlu antitsiklik iqtisadi siyasət təcrübəsi yeni qlobal təlatümlərin öhdəsindən gəlmə prosesində istifadə edəcəyimiz mühüm təcrübə olmuşdur. Hazırda biz yaşıl texnologiyaların sənaye istehsalatını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçiririk. Yeni imkanlar inqilabi və sıfır tullantılı istehsalatla təmin olunacaq. Bu, Litva iqtisadiyyatına fayda verəcək. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən neft, elektrik enerjisi və təbii qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi. Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerji həm qurudakı, həm də dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunur. Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər.

Məmnuniyyətlə qeyd edirəm ki, birinci iqtisadi toplantı ötən il Bakıda keçirildi. Orada mənə Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti ilə biznes forumunun açılışını etmək şərəfi nəsib oldu. Bu gün mən həqiqətən də inanıram ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar. Yol genişdir və bizim qarşımızdadır. Qoy, bu biznes forumu düzgün istiqamətdə atılmış əlavə addım olsun.

Mən bu biznes forumunu təşkil etdiklərinə görə Litvanın Litfood agentliyinə, İnnovasiya Agentliyinə, Sənayeçilər Konfederasiyasına və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-ya və iştirak edən bütün digər təşkilatlara xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. Hamınıza maraqlı və faydalı müzakirələr arzulayıram. Təşəkkür edirəm.

x x x

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli Prezident Nauseda.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən bir daha cənab Prezidentə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl ölkənizə yenidən gəlməyimə, ikitərəfli və regional məsələlərə, o cümlədən iqtisadi gündəliyə dair cənab Prezidentlə geniş fikir mübadiləsi aparmaqdan çox şadam. Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür.

Hesab edirəm ki, Prezident Nauseda ilə əməkdaşlığımız üçün çox güclü bünövrə qoymuşuq, çox fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşdük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüsdə görüşürük. Bu, həqiqətən əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib.

İki həftə öncə burada, Vilnüsdə Litva-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək məqsədilə öz iclasını keçirdi. Hesab edirəm ki, birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.

Bu baxımdan planlarımız barədə məlumat mübadiləsi çox əhəmiyyətlidir. Əminəm ki, bu gün keçirilən biznes forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin onlarda iştirakı yolları barədə bir çox müzakirələr olacaq. Bu gün biz cənab Prezidentlə əməkdaşlıq üçün potensial sahələri geniş şəkildə müzakirə etdik. Prezident onları artıq qeyd etdi. Fikrimcə, potensial həqiqətən var. Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq.

Buna görə Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq.

Düşünürəm ki, işgüzar dairələrin nəzərə alacağı digər mühüm sahə logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir. Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük.

Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək.

Həmçinin litvalı dostlarımıza məlumat vermək istərdim ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir. Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək.

İqtisadi göstəricilərimiz müəyyən statistik məlumatlarda əks olunub. Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün demək istəyirəm ki, bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağlantıların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq.

Bir sözlə, əminəm ki, bu görüş yaxşı nəticələr verəcək. Artıq qeyd edildiyi kimi, bu gün bir sıra sənədlər imzalandı. Ümid edirik ki, onların hamısı yaxşı nəticələr verəcək və bu cür toplantıların səmərəliliyini nümayiş etdirəcək. Həmçinin bu fürsətdən istifadə edərək, mən Litvanın biznes icmasından olan dostlarımızı Azərbaycana səfərə və dialoqu davam etdirməyə dəvət edirəm.

Çox sağ olun.

x x x

Litvanın iqtisadiyyat və innovasiyalar naziri xanım Auşrine Armonaite biznes forumda çıxış edərək Azərbaycanın Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdaşı olduğunu qeyd etdi. Nazir Litvanın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin çoxşaxəli olduğunu qeyd edən Auşrine Armonaite Litvanın birbaşa qarşılıqlı xarici investisiyaların stimullaşdırılmasında maraqlı olduğunu vurğuladı. Ölkələrimiz arasında əməkdaşlıq layihələrinin genişləndirilməsində çoxlu imkanların mövcud olduğunu qeyd edən litvalı nazir Azərbaycanla ən yaxşı təcrübə, ekspert biliyi və uğur hekayələri ilə bölüşməkdə maraqlı olduqlarını dedi.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında investisiyaların qorunması və ikili vergiqoymaya yol verilməməsi mexanizminin mövcud olduğunu bildirdi, bunun investorların fəaliyyətinə töhfə verdiyini qeyd etdi. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi hədəfindən danışan Mikayıl Cabbarov ötən dörd ildə ölkəmizin qeyri-neft-qaz ixracının iki dəfə artdığını dedi. Alternativ enerji mənbələrindən danışan nazir bu enerji mənbələrinə keçidin Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli və müsbət təsir etdiyini vurğuladı.

x x x

Biznes forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, ümumilikdə, 80-dək şirkət təmsil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilib YENİLƏNİB -2 VİDEO

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Rəssam Samirə Allahverdiyeva: Uşaqlıq xatirələrim əsərlərimin əsas ilham mənbəyidir

Minalardan təmizlənmiş sahələrdə torpaqların münbitlik potensialı yüksəkdir

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub

FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub

Sitarə İbrahimbəyli: “Yaşa, Xəzər!” sərgisi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır

Budapeşt-Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib

Qanunsuz dövriyyədən nə qədər narkotik çıxarılıb? – 9 ayın statistikası

Mərkəzi Asiya və Azərbaycan arasında yeni siyasi mühit: Daşkənddə diplomatik dialoq

® “AzInTelecom”un dəstəyi ilə “TechConnect 2026” tədbiri keçiriləcək

Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub

İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO

İmişlidə şəkər istehsalı - yeni hədəflər VİDEO

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Həftəsonu hava şəraiti necə olacaq?

“Yeşik labirinti – ağ”: Mədəni mübadilə və ticarətin metaforası

Media və Yayım Şurasında Azərbaycan-Liberiya media əməkdaşlığının genişləndirilməsi vurğulanıb

Böyük Britaniya xarici müdafiə şirkətləri üçün yeni investisiya tələbləri tətbiq edəcək

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Mərkəzi Bankın nümayəndələri Düşənbədə maliyyə sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsindən danışıblar

“Baku Art Weekend” festivalı çərçivəsində Fərid Rəsulovun fərdi sərgisi - “Yaşa, Xəzər!”

Azərbaycan və Özbəkistan mərkəzi banklarının nümayəndələri müzakirələr aparıblar

Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var

“Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 3-17/3-5-20/2025 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur

Rumıniyada “SOCAR” brendi ilə 100-cü YDM istifadəyə verilib

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Eldar Seyidov: Ağdamda ekoloji zərərin aradan qaldırılması istiqamətində kompleks işlər aparılır

Fransada aksiyalarda iştiraka görə həbs edilən şəxslərin azadlığı tələb olunur

Rəssam: Əsərin əsas ideyası təbiətin yaddaşını kosmosun simvolları ilə ifadə etməkdir

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Dokerlər dünyanın 100-dən çox limanında silah tədarükünə qarşı tətil elan ediblər

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib

İtaliyada hökumət əleyhinə etiraz dalğalarının yeni dalğası başlayıb

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Türk dillərində areal toponimlərin xüsusiyyətləri araşdırılıb

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub

Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır – YENİLƏNİB

Mariam Kvrivişvili: Gürcüstan və Azərbaycan Orta Dəhliz çərçivəsində regional nəqliyyat şəbəkəsinin inkişafına töhfə verir

Proqnoz: Britaniyanı ev təsərrüfatlarının gəlirləri baxımından ən pis onillik gözləyir

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur

Pensərçayın sahilində torpaq sürüşməsi: bəndin 20 metrlik hissəsi çaya uçub

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Cəbrayıl, Laçın və Kəlbəcər ərazilərinə 70 başadək müxtəlifcinsli fauna növləri reintroduksiya edilib

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

AFFA-nın texniki direktoru: Dünya çempionatı futbolçularımız üçün fantastik və unudulmaz təcrübə oldu

Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilən yeni kitab: “Böyük amallar və arzular şairi”

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək

Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

İşğaldan azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb

AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub

Şirvanşahlar Sarayında “Sayrışan simvollar” sərgisi təqdim olunur

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər

Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik

Ağdam, Füzuli və Xocavənd rayonlarında 4041 ailə olmaqla, 15 min 933 nəfər sakin yaşayır

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub

Aydan Salahova: Qız qalası əfsanəsinin faciəvi sonluğu layihənin başlanğıc nöqtəsini təşkil edir

Deputat: Azərbaycan İslam dünyasında humanitar əməkdaşlığın genişlənməsinə töhfə verir

“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri VİDEO

“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri VİDEO

Tahir Süleymanov: Dünya çempionatı Azərbaycan futbolu üçün böyük əhəmiyyətə malikdir

Şərqi Zəngəzurda yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb

İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad edilmiş ərazilərdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri aparılıb

Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Gennadi Xazanov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Dinc sakinlər Alyoşki şəhərindən təxliyə edilir

Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarındandır - ŞƏRH

Sabah hava əsasən yağmursuz olacaq

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

2026-cı ilin III rübündə bp şirkətinin xalis mənfəəti 300 faiz artıb

Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb

Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib

Vətən müharibəsi şəhidi Rəşad Quliyevin ailəsi ziyarət edilib

Xəzərdən keçən fiber-optik kabel xətti Azərbaycanın rəqəmsal tranzit imkanlarını genişləndirəcək RƏY

Xorvatiyanın sabiq prezidentinin xanımı Ədəbiyyat Muzeyində olub

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub VİDEO

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub VİDEO

Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb

Tehran BƏƏ və Kanadanın İrana qarşı ərazi iddiaları ilə bağlı birgə bəyanatını pisləyib

Qazaxıstanda Kurık limanının Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin inkişafında rolu müzakirə edilib

Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub

Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır

Hekayəsi Zəfər: ADPU-da qazi tələbələrlə görüş təşkil olunub

Kiberinsident: Ən böyük kriptobirjadan 6,3 milyard dollar oğurlanıb

Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Beynəlxalq təhlükəsizlik sisteminin etibarlılığı qəbul edilmiş qərarların icrasına verilən təminatla ölçülür - ŞƏRH

Azərbaycan Kuboku: 18 oyunda 107 qol vurulub

® Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Qərbi Azərbaycanda tarixi abidələrimiz - İrəvan qalası

“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib

BMT: Qışda 9 milyon insan əlavə humanitar yardıma ehtiyac duyacaq

Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Əli Əsədov: Ümid edirik yaxın vaxtlarda Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq