Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin noyabrı

Bakı, 6 mart, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

4 noyabr - Prezident Heydər Əliyev Şeyx Şamilin 200 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi.

5 noyabr - M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində nitq söylədi.

6 noyabr - Əlillərin III respublika yaradıcılıq sərgi-müsabiqəsinin açılışında çıxış etdi.

7 noyabr - Dövlət Milli Dram Teatrında Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya?!” pyesinin tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşdü.

12 noyabr - Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə müştərək işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə keçirilən mərasimlərdə çıxış etdi. Mərasimdə iştirak etmək üçün Azərbaycana gəlmiş qonaqların şərəfinə rəsmi qəbulda nitq söylədi.

19 noyabr - Bəstəkar Tofiq Quliyevin 80 illik yubiley mərasimində çıxış etdi.

20 noyabr - Amerikada nəşr edilən “Azerbaijan İnternational” jurnalının beş illiyinə həsr olunmuş tədbirdə nitq söylədi.

24 noyabr - Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 100 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etdi.

29 noyabr - Yeni Azərbaycan Partiyasının yaradılmasının beşinci ildönümünə həsr olunmuş təntənəli iclasda çıxış etdi.

X X X

Məğrur, azadlıqsevər xalqların önündə gedən böyük sərkərdə, 25 il (1834-1859) işğalçılara qarşı döyüşən Şeyx Şamilə və onun apardığı azadlıq müharibəsinə əsl qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. 1997-ci il noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şeyx Şamilin 200 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Ulu Öndərin söylədiyi nitq Qafqazda gedən azadlıq mübarizəsini qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Heydər Əliyev vurğuladı ki, Şeyx Şamilə Azərbaycanda böyük hörmət var, o, Qafqaz xalqları qarşısında əvəzsiz xidmətlər göstərib, adını tarixə böyük sərkərdə, alim, filosof, dövlət xadimi və xalq qəhrəmanı kimi yazdırıb.

Sitat: “Şübhəsiz ki, Şeyx Şamil tarixdə qoyduğu izlə böyük bir dəryadır. Bizim tarixçilərimiz, alimlərimiz onun həyatını, onun mübarizəsini, onun mübarizə tarixini, onun dünyagörüşünü hələ bundan sonra da araşdıracaqlar, təhlil edəcəklər və şübhə etmirəm ki, yeni-yeni kitablar yazılacaqdır. Ancaq bu gün, xüsusən bu yubiley mərasimləri keçirilən dövrdə Dağıstanda, Azərbaycanda, Qafqazın başqa respublikalarında Şeyx Şamil haqqında ictimaiyyətə, xalqa, dünyaya yetərli qədər məlumatlar çatdırılıbdır. Biz Azərbaycanda Şeyx Şamili bütün Qafqaz xalqlarının milli azadlıq uğrunda mübarizəsinin qəhrəmanı hesab edirik. Şeyx Şamil mübarizəsinin ən dəyərli tərəflərindən biri odur ki, o, mübarizəsi ilə Qafqaz xalqlarını birləşdirib, həmrəy edib və Qafqaz xalqlarını bir-birinə daha doğma edib. Dağıstanda da, Azərbaycanda da Şeyx Şamilə, onun qoyduğu zəngin irsə böyük hörmət və ehtiram vardır”.

Noyabrın 5-də M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimi keçirildi. Tədbirdə iştirak edən Ümummilli Lider qaçqın və məcburi köçkünlərin həyatını əks etdirən belə bir kitabın nəşrini təqdirəlayiq hadisə kimi qiymətləndirdi. Qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəmizə və xalqımıza çox ağır zərbələr vurub. 1988-ci ildən başlayaraq indiyə qədər üzləşdiyimiz bu təcavüz XX əsrdə xalqımızın başına gəlmiş bəlalardan, faciələrdən ən dəhşətlisi, ən ağırıdır. Biz bunun mənfi, dəhşətli nəticələrini həyatımızın bütün sahələrində, o cümlədən insanların, vətəndaşlarımızın həyatında hiss edirik. Ulu Öndər çıxışında qaçqınların və köçkünlərin işləri ilə məşğul olan qurumlardan narazılığını da dilə gətirdi.

Sitat: “Mən fürsətdən istifadə edib, bildirmək istəyirəm ki, Azərbaycanda - həm hökumətdə, həm də ictimai təşkilatlarda - qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan orqanlar qeyri-qənaətbəxş işləyirlər. Azərbaycanda qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan xüsusi dövlət komitəsi, böyük bir nazirlik var. Nazirlər Kabinetində bu məsələ ilə məşğul olan böyük bir şöbə var. Bir çox ictimai təşkilatlar bu məsələ ilə məşğul olmalıdırlar. Ancaq mən hesab edirəm ki, bu təşkilatlar, bu orqanlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlər. Mənim bu sözlərim qaçqınlara və məcburi köçkünlərə daimi göstərilməli olan diqqət, qayğı və humanitar yardımlar məsələsinə də aiddir. Eyni zamanda, qaçqınların və köçkünlərin vəziyyətini həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin daim diqqət mərkəzində saxlamaq və dünya ictimaiyyətinə daim çatdırmaq sahəsinə də aiddir. Belə olan halda qaçqınların, məcburi köçkünlərin vəziyyətinə get-gedə diqqət azalır, onların yaşaması üçün göstəriləcək yardımların miqdarı azalır və beləliklə, bu məsələ - bizim həyatımızın ən faciəli bir cəhəti - adiləşir. Təsadüfi deyil ki, beynəlxalq humanitar təşkilatlar da Azərbaycanda olan qaçqınlara, köçkünlərə öz yardımlarını azaldırlar, bu məsələyə öz münasibətlərini soyudurlar. Təəssüf ki, bizim dövlət, hökumət orqanları bu işlərə diqqət yetirmirlər. Bəziləri belə düşünürlər ki, artıq bir çox il keçibdir, qaçqınlar və məcburi köçkünlər öz vəziyyətlərinə alışıblar, çadırlarda, dəmir yolunun üzərində, vaqonlarda yaşamağa öyrəşiblər, dözümlü olublar və dözürlər, ona görə də bunların yaşayışını elə normal hesab etmək lazımdır. Mən belə meyilləri hiss edirəm. Ona görə də mən bu sözləri bu gün həyəcanla, çox narahatlıqla nəinki burada toplaşanlara, ümumiyyətlə, bütün ictimaiyyətimizə çatdırmaq istəyirəm”.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizə dünyanın neft sənayesində tətbiq olunan ən müasir texnika və texnologiyalar gətirildi. 1997-ci ilin noyabrında “Çıraq” yatağında ilkin neft hasilatına başlanıldı. Noyabrın 12-də “Çıraq - 1” platformasında işə başlanılması, neftin alınması münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Ulu Öndər bundan böyük iftixar hissi keçirdiyini söyləyərək bildirdi ki, Xəzərin ortasında, açıq dənizdə belə gözəl platforma yaranıb. Şübhə yoxdur ki, Xəzər dənizində həm “Əsrin müqaviləsi” ətrafında toplaşmış şirkətlərin yaratdığı konsorsiumun fəaliyyəti, həm də imzalanmış başqa müqavilələrin həyata keçirilməsi nəticəsində bir çox belə gözəl platformalar yaranacaq.

Ümummilli Lider həmin gün Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə müştərək işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə keçirilən mərasimdə də çıxış etdi. Bu hadisənin iqtisadi və siyasi cəhətlərinə toxunan Heydər Əliyev dedi: “Bunun iqtisadi cəhəti ondan ibarətdir ki, bizim başladığımız iş bu il də, gələcək illərdə də həm Azərbaycana, həm də Xəzər dənizində Azərbaycanla bərabər, müştərək iş görən şirkətlərə və ölkələrə böyük iqtisadi fayda gətirəcəkdir. Ancaq bunun mənəvi, siyasi cəhəti ondan ibarətdir ki, biz dünyada mövcud olan müasir texnikanı, texnologiyanı orada bir yerdə tətbiq edirik və dünyanın bir çox ölkələrindən yüksək səviyyəli mütəxəssislər, mühəndislər, fəhlələr gəlib burada Azərbaycan neftçiləri, mütəxəssisləri ilə yan-yana birgə iş görürlər. Bu, çox sevindirici haldır. Bu, bizim gələcək işlərimizin başlanğıcıdır və çox gözəl başlanğıcdır”.

1997-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci ildönümü tamam oldu. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ulu Öndər partiyanın yaranmasını tarixi hadisə kimi qiymətləndirdi. Vurğuladı ki, Yeni Azərbaycan Partiyası ötən müddətdə öz proqramına, öz prinsiplərinə, öz amallarına sadiq olduğunu sübut edib və ölkəmizin həyatında önəmli yer tutaraq həyatın bütün sahələrinə müsbət təsirini göstərib.

Ulu Öndərin Yeni Azərbaycan Partiyasının yaradılmasının beşinci ildönümünə həsr olunmuş təntənəli iclasdakı nitqindən

• Yeni Azərbaycan Partiyası yaranarkən Azərbaycanı hansısa başqa bir yol ilə aparmaq məqsədi daşımamışdır, Azərbaycanı müstəqil etmək istəmişdir, qarşısında ancaq müstəqilliyi möhkəmləndirmək, inkişaf etdirmək, Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq məqsədi qoymuşdur, demokratik prosesləri, demokratik dəyişiklikləri həyata keçirmək, islahatları həyata keçirmək məqsədini qoymuşdur. Artıq bunları Azərbaycanın dövləti həyata keçirir. Ona görə də Azərbaycanın bugünkü dövləti ilə, Azərbaycanın Prezidenti ilə Yeni Azərbaycan Partiyasının proqramı eynidir.

• Bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki, Azərbaycanın hər bir vətəndaşı respublikamızın bu böyük məqsədlərinin həyata keçirilməsinə kömək etsin, öz payını versin, öz səylərini qoysun. Dövlət müstəqilliyi əldə etmək bizim üçün böyük nailiyyətdir. Amma onu qoruyub saxlamaq çox çətindir. Görürsünüz ki, bu ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyi neçə dəfə böyük təhlükə altında olmuşdur. Biz bunu qoruyub saxlamışıq.

• Partiyalar dünya təcrübəsində mövcud olan partiya mədəniyyəti çərçivəsində, qanunlar çərçivəsində hərəkət etməlidirlər. Partiyaların bir çoxu müxalifətdə olan partiyalardır. Ancaq indi biz gərək iqtidar-müxalifət əlaqələrində də dünya təcrübəsini mənimsəyək və Azərbaycanda iqtidar-müxalifət mədəniyyəti yaradaq.

• Bizim apardığımız işlərin hamısı sizə məlumdur. Ancaq qarşımızda duran ən əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək və qaçqınları öz yerlərinə-yurdlarına qaytarmaqdır.

• Azərbaycanda demokratiya da var, insan hüquqları da qorunur və qorunacaqdır. Azərbaycanda insan azadlıqlarının hamısı təmin olunubdur. Azərbaycanda mətbuat azadlığı var, siyasi plüralizm var - hamısı var. Bunların hamısı da bizim müqavilə, saziş bağladığımız ölkə başçıları tərəfindən etiraf olunur.

• Azərbaycanda fikir müxtəlifliyini təmin edərək, eyni zamanda, milli vətənpərvərlik, milli təəssübkeşlik unudulmamalıdır. Azərbaycanın daxilində vəziyyəti sarsıtmaq istəyən adamların hamısının qarşısı alınmalıdır və bunlara heç vaxt da yol verilməyəcəkdir. Yeni Azərbaycan Partiyası bütün bu sahələrdə çox gərgin iş aparır. Mən çox məmnunam ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı artıq 100 mindən çoxdur. Mən çox məmnunam ki, Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı var və burada elan olundu ki, gənclər təşkilatının 30 mindən artıq üzvü var. Bunlar hamısı onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında görkəmli yer tutaraq Azərbaycan xalqının bu günü və gələcəyi üçün çox faydalı iş görür.

• Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini gündən-günə yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır