Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin iyunu

Bakı, 5 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1-9 iyun. Prezident Heydər Əliyev Türkiyənin Antalya şəhərində oldu. Bu müddət ərzində onu qardaş ölkənin Prezidenti Süleyman Dəmirəl, energetika və təbii qaynaqlar naziri Cumhur Ərsümər, sabiq xarici işlər naziri Hikmət Çətin, həmçinin “Enka holdinq” şirkətlər qrupunun prezidenti Şarıq Tara ziyarət etdi.

9 iyun. Türkiyədən Vətənə qayıtdı.

Müalicəsini və istirahətini başa vuraraq Bakıya qayıtması münasibətilə keçirilən şənliklərdə iştirak etdi.

10 iyun. Təhlükəsizlik Şurasının geniş iclasında nitq söylədi.

14 iyun. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etdi.

16 iyun. Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan ilə görüşdü.

23 iyun. ABŞ Prezidentinin və Dövlət katibinin Xəzər regionunun inkişafı məsələləri üzrə xüsusi müşaviri Riçard Morniqstar başda olmaqla nümayəndə heyətini qəbul etdi.

26 iyun. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu binasının açılış mərasimində nitq söylədi.

29 iyun. Rusiya rəssamı Nikas Safranovu qəbul etdi.

30 iyun. Bakının Qaradağ rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yeni binaların istifadəyə verilməsi mərasimində nitq söylədi.

X X X

Prezident Heydər Əliyev Antalyada qısa müddətə istirahətdə olduğu günlərdə bir sıra görüşlər keçirdi. Azərbaycana qayıtmazdan bir gün əvvəl - iyunun 8-də onu ziyarət etməyə gələn Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşdü. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun bundan sonra da yüksələcəyinə, möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyən Heydər Əliyev dedi: “Türkiyə-Azərbaycan dostluğunun böyük tarixi vardır. Bu dostluğun inkişaf etməsində Sizin (Türkiyə Prezidenti Süleyman Dəmirəl - red.) böyük xidmətləriniz vardır. Ona görə də Azərbaycanda hər bir insan Sizə böyük sevgi, məhəbbət hissi ilə yanaşır, Sizi öz doğma insanı hesab edir. Onlar hamısı Sizi Azərbaycanın böyük dostu hesab edir. Əziz dostum, qardaşım, bütün bunlara görə sizə təşəkkür edirəm. Güman edirəm ki, Türkiyədə olduğum zaman Ankarada və burada apardığımız danışıqlar, söhbətlər Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək, möhkəmləndirəcək. Azərbaycan Ermənistanın təcavüzündən qurtaracaq, işğal edilmiş torpaqlarımızı azad edəcək və yerindən-yurdundan zorla qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının köçkün vəziyyətində yaşamasına biz sizinlə birgə son qoyacağıq”.

Prezident Heydər Əliyev Azərbaycana qayıtdıqdan üç gün sonra - iyunun 12-də “Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında” Fərman imzaladı. Süleyman Dəmirəl bu yüksək mükafata Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin yaranmasında və inkişaf etdirilməsində böyük xidmətlərinə, Azərbaycanın dövlət müstəqilliyini daim dəstəklədiyinə, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində konstruktiv dəyişməz mövqeyinə və dəyərli fəaliyyətinə, türkdilli dövlətlərin birliyinin yaranmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinə görə layiq görüldü.

Müalicəsini başa vuraraq Vətənə qayıdan Ulu Öndəri xalq böyük sevinc və coşqu ilə qarşıladı. Dahi rəhbər bu münasibətlə təşkil olunan şənliklərdə iştirak etdi. Prezidentin ölkədə olmadığı müddətdə ictimai-siyasi sabitlik qorunub saxlanmışdı. Xalqın sevincinin bir səbəbi də Azərbaycanda əmin-amanlığın tam bərqərar olması idi.

Prezident Heydər Əliyev bir gün sonra - iyunun 10-da Təhlükəsizlik Şurasının iclasında söylədiyi nitqində ABŞ-da və Türkiyədə keçirdiyi görüşlərdən söz açmaqla yanaşı, xalqın onu hərarətlə qarşılamasından, Azərbaycanda ictimai-siyasi sabitliyin dönməz olduğundan danışdı.

Sitat: Dünən hava limanından şəhərin mərkəzinədək, yəni Prezident sarayına qədər bu insanların hamısında həm səmimiyyət, mehribanlıq, həm də böyük ruh yüksəkliyi və Azərbaycanın dövlətinə, prezidentinə böyük hörmət, ehtiram gördüm... Mən nə qədər “xoş gəlmisiniz!” sözləri, nə qədər belə gözəl sözlər eşidirdim. Kəsilən qurbanların sayı-hesabı yox idi. Yenə də deyirəm, bunlar hamısı xalqımızın, millətimizin indi tam həmrəy olmasını, xalqımızda birlik olmasını və xalqımızın Azərbaycan dövlətçiliyinə, prezidentinə sadiq olmasını göstərir. Mən cəsarətlə deyə bilərəm ki, bu elə Azərbaycan dövlətinin bugünkü fəaliyyəti haqqında ümumxalq referendumudur.

... Biz 1995-ci ildən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi demək olar ki, tam təmin edə bildik. Dediyim kimi, bu sabitlik artıq çox böyük, möhkəm təməl üzərində qurulubdur. Hesab edirəm ki, bu sabitlik dönməzdir, onu heç kim poza bilməz.

İyunun 26-da Azərbaycanın səhiyyə sistemində ürəkaçan hadisə baş verdi - Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası əsaslı təmirdən sonra istifadəyə verildi. Açılış mərasimində iştirak edən Heydər Əliyev hələ sovet dönəmində ölkəmizdə səhiyyənin inkişafı üçün görülmüş işləri xatırladaraq dedi: “1969-cu ildə mən Azərbaycana başçı seçiləndən sonra Azərbaycanda səhiyyənin inkişafı üçün nə qədər vəsait qoyulubdur, nə qədər kadrlar hazırlanıbdır, nə qədər xəstəxanalar, binalar tikilibdir. Həddindən artıq! Azərbaycan çarpayıların sayına görə çox-çox ölkələrdən irəlidir. Bunlar hamısı o illərin nailiyyətidir. O illərin ən böyük nailiyyəti isə ondan ibarətdir ki, Azərbaycanda güclü səhiyyə kadrları yaranıbdır, həkim ordusu yaranıbdır, tibb elmini inkişaf etdirən alimlərimiz yaranıbdır. Biz bununla fəxr edirik. Bu, bizim milli sərvətimizdir”.

Ulu Öndər modernləşən, müasir tələblərə cavab verən klinikanın imkanlarından lazımınca istifadə ediləcəyinə, onun digər səhiyyə müəssisələrinə nümunə göstəriləcəyinə ümidvar olduğunu söylədi.

Ümummilli Lider şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir, bu istiqamətdə ardıcıl tədbirlər görürdü. Həmin tədbirlərdən biri də 1999-cu il iyunun 30-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış evinin istifadəyə verilməsi oldu. Heydər Əliyev bu münasibətlə keçirilən mərasimdə nitq söylədi, şəhid ailələrinə diqqət göstərilməsinin hamının borcu olduğunu vurğuladı.

Prezident Heydər Əliyevin şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış evinin istifadəyə verilməsi mərasimindəki nitqindən

• Vətən yolunda, torpaq uğrunda şəhid olanların ailələri fəxr edə bilərlər ki, onlar müstəqil Azərbaycan üçün belə gözəl, qəhrəman övladlar yetişdiriblər. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın borcudur, dövlətin borcudur, hökumətin borcudur, mənim borcumdur, sizin borcunuzdur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq və çalışmalıyıq ki, nə qədər mümkündürsə o qədər də borcumuzu yerinə yetirək.

• Qarabağ döyüşlərində əlil olmuş insanlar bizimlə bərabər cəmiyyətimizdə yaşayırlar. Onlar qəhrəmanlıq göstəriblər, onlar torpaqlarımızı müdafiə ediblər, xəsarət alıblar, onlar yaralanıblar və o yaraları da daim daşıyırlar.

• Ancaq mən vətənin müdafiəsi uğrunda döyüşlərdə şikəst, əlil olmuş insanlarla dəfələrlə görüşərkən o qənaətə gəlmişəm ki, bu insanlar nəinki qəhrəmandırlar, nəinki Azərbaycan qarşısında böyük xidmətlər ediblər, o cümlədən də, bununla bərabər, onlar bugünkü cəmiyyətimizin çox dəyərli üzvləridirlər və Azərbaycanın bugünkü həyatında, cəmiyyətində böyük rol oynayırlar.

• Bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, artıq səkkizinci ildir ki, Azərbaycan müstəqil yaşayır, biz Azərbaycanın dövlət müstəqilliyini qorumuşuq, saxlamışıq, əbədi etmişik və əmin ola bilərsiniz ki, ilbəil bizim müstəqilliyimiz möhkəmlənəcək və Azərbaycan qüdrətli, inkişaf etmiş bir dövlət olacaqdır.

Ulu Öndərin böyük uzaqgörənliyindən xəbər verən bu sözlərin deyildiyi vaxtdan 24 il keçir. Azərbaycan bu gün qüdrətli, inkişaf etmiş dövlətdir. İqtisadiyyatın dinamik inkişafı, maliyyə resurslarının artması cəmiyyətin həssas təbəqəsinin - şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin, həmçinin Vətən müharibəsi qazilərinin problemlərinin həllinə daha geniş imkan yaradır, bu məqsədlə davamlı addımlar atılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə Azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu

Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Deputat: Azərbaycanın Türk dünyası və Qafqazdakı mövqeyi iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır

ADPU-da tədbir: “Dil Tədrisi Sammiti 2026”

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Azərbaycan etioloji miflərinin semantikasına həsr olunmuş monoqrafiya nəşr edilib

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb