İQTİSADİYYAT


“Yessentuki” sularının Azərbaycana tədarükünə başlanılıb

Bakı, 21 avqust, AZƏRTAC

Rusiyanın "Kavminkurortresursı" (KMKR) dövlət şirkətinin törəmə müəssisəsi "Аkva Holdinq" Azərbaycana "Yessentuki 4" və "Yessentuki 17" mineral sularının tədarükünə başlayıb.

AZƏRTAC KMKR-a istinadla xəbər verir ki, "Аkva Holdinq" şirkəti Azərbaycanın “FL Trans” şirkəti ilə "Yessentuki 4" və "Yessentuki 17" mineral sularının tədarükü haqqında müqavilə imzalayıb. Müqavilə çərçivəsində Azərbaycana 48 min butulka mineral su göndərilib. Tərəflər əməkdaşlığı genişləndirməyi və tədarükün həcmini artırmağı planlaşdırır. Azərbaycana ixrac olunan mineral sular rus və Azərbaycan dillərində xüsusi etiketlə buraxılacaq.

"Müəssisəmiz Azərbaycan bazarı ilə yanaşı, İsrail, Qazaxıstan və Belarusa məhsul ixracının başlamasına hazırlaşır", - deyə "Akva Holdinq"in baş direktoru Süleyman Vakapov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.