İDMAN


Yunan-Roma güləşçilərimiz Göygöldə Türkiyə yığması ilə birgə hazırlıq keçirlər

Bakı, 10 avqust, AZƏRTAC

Güləş üzrə yığma komandalarımız qarşıdakı reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, bir müddət əvvəl İstanbulda beynəlxalq təlim-məşq toplanışında iştirak edən yunan-Roma güləşi üzrə yığmamız yenidən birgə hazırlıqlara başlayıb. Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışında Türkiyənin yunan-Roma güləşi üzrə yığma komandası da iştirak edir.

Türkiyə yığmasının baş məşqçisi Salih Boranın başçılığı altında komandanın bütün aparıcı üzvləri, Olimpiya mükafatçıları, Avropa və dünya çempionları toplanışa cəlb olunublar.

Yığma komandamızın baş məşqçisi Şaban Donat bu cür birgə təlim-məşq toplanışlarının idmançıların hazırlığında mühüm rol oynadığını bildirib: “Bir müddət öncə də Türkiyədə beynəlxalq təlim-məşq toplanışında idik. Ardınca Vehbi Emrenin xatirə turnirində güləşçilərimizi yoxladıq. Artıq bir neçə gündür Göygöl Olimpiya İdman Kompleksində ümumi fiziki və taktiki-texniki hazırlıq üzrə təlim-məşq toplanışlarımız başlayıb. Dünya çempionatına qədər bir neçə təlim-məşq toplanışı keçirib, idmançılarımızın hazır olmasına çalışacağıq. Burada hazırlıq üçün hər cür şərait var”.

Məlumat üçün bildirək ki, avqustun 4-dən başlayan təlim-məşq toplanışı ayın 19-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.