İDMAN


“Zirə” komandası “Sportinq” klubunun futbolçusunu icarəyə götürüb

Bakı, 10 avqust, AZƏRTAC

Topaz Premyer Liqasında çıxış edən “Zirə” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Budaq Nəsirov ilə birillik müqavilə imzalayıb.

Portuqaliyanın “Sportinq” klubundan icarəyə götürülən 22 yaşlı B.Nəsirov daha əvvəl “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Sumqayıt” komandalarında çıxış edib.

Xatırladaq ki, “Zirə” klubu bir müddət əvvəl serbiyalı müdafiəçi Miloş Radivoyeviç ilə də birillik müqavilə imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.