İQTİSADİYYAT
® “ABB Tech Akademiyası”nda "Karyera Həftəsi"

“ABB Tech Akademiyası”nın təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib.
Tədbirdə ABB, “Azərikard”, “Azercell”, “Azerconnect”, “Azintelecom”, “Unibank”, “Bank of Baku”, “Rabitəbank”, “Bank Respublika”, “Caspian İnnovation Center”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də iştirak edib.
Tədbirin əsas məqsədi “ABB Tech Akademiyası”nın tələbə və məzunlarını ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etmək olub. Tələbə və məzunlar işəgötürənlərin təqdimatlarını dinləyib, şirkətlərdəki aktiv vakansiyalar, təcrübə proqramları barədə ətraflı məlumat əldə ediblər. Stendlərdə qurumların təmsilçilərindən suallarına cavab alıblar.
“ABB Tech Akademiyası” öz məzun və tələbələrinin işlə təmin olunmasına daim dəstək verir. Hazırda Akademiyanın məzunlarının 82 faizi ölkəmizdə və xaricdə qabaqcıl şirkətlərdə çalışmaqdadırlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.