CƏMİYYƏT
® Astara Sağlamlıq Günləri çərçivəsində ağacəkmə aksiyası keçirilib
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Astara şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.
Astara Sağlamlıq Günləri çərçivəsində keçirilən ağacəkmə aksiyasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Baş həkimi-rəisi, tibb elmləri doktoru Bəxtiyar Musayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova, Mərkəzi Gömrük Hospitalının həkimləri və əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində Astara şəhərinin dənizkənarı parkı ərazisində müxtəlif növ dekorativ ağaclar əkilib.