® Azərbaycanlı memar Rafael Abbasov Milandan sonra Dubayda növbəti uğura imza atdı
“Fernando & Rafael” Memarlıq və Dizayn şirkətinin təsisçisi və rəhbərlərindən biri, azərbaycanlı memar, “Era Design” inşaat şirkətinin qurucusu və baş
dizayneri Rafael Abbasov Dubayda növbəti uğurunda imza atıb. Belə ki, istedadlı memar dünyanın mədəni mərkəzlərindən olan Dubayda “Fernando & Rafael” markasını “High Quality Architecture & Design” tərkibində fəaliyyətini daha bir addım irəli aparıb. Belə ki, memarlıq markası fəaliyyətini Yaxın Şərqdə “High Quality Architecture & Design” olaraq davam etdirməkdədir.
Rafael Abbasov, 1983-cü ildə Azərbaycanın dilbər guşəsi olan Naxçıvanda anadan olub. 1990-2001-ci illərdə orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra o Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub.
Sevdiyi sahədə təkmilləşmək qərarına gələn gənc, ikinci ali təhsilini Ukraynanın “Pridniprovska Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyası”nda alır. Təhsilini başa vurduqdan sonra vətənə dönən Rafael Abbasov üçün özünü təsdiq etməyin zamanı gəlmişdi.
O ilk olaraq 2016-cı ildə “ERA Design” şirkətini təsis edir və şirkətin baş memarı olaraq fəaliyyətə başlayır. Uzun müddət bu sahədə təcrübə toplayan istedadlı memarın növbəti hədəfi dünya miqyaslı layihələrə imza atmaq idi.
Beləliklə Rafael Abbasov 2023-cü ildə dünya şöhrətli memar Fernando Mosco ilə birlikdə İtaliyada “Fernando & Rafael” Memarlıq və Dizayn şirkətini təsis edir. Qeyd edək ki, sözügedən şirkətin İtaliyanın Milan şəhərində və Azərbaycanın paytaxtı Bakıda möhtəşəm açılış mərasimləri keçirilib.
Baş ofisi İtaliyanın Milan şəhərində yerləşən “Fernando & Rafael” şirkəti bir sıra dünya miqyaslı möhtəşəm layihələrə imza atıb. Zəngin arxitektura təcrübəsi ilə şirkət imza atdığı layihələrə təkrarolunmaz görünüş bəxş edir. Estetika və unikallığın vəhdəti “Fernando & Rafael”in iş prinsipidir.
Memarlıq dünyasında adından söz etdirməyi bacaran istedadlı memar bir sıra beynəlxalq dərəcəli mükafatlara layiq görülüb. Rafael Abbasov “Luxury Awards”, “Altınboğaz Awards”, “Turkiye Mod Awards”, “Golden People” kimi qlobal mükafatlandırma mərasimlərində təltif edilib.