Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçirilib

“Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçirilib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian İnvestment Week” çərçivəsində keçirilmiş forum “Green Energy Transition”; “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması; Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya dayanıqlı nəqli; Orta Dəhliz üzərində yerləşən ölkələrin yaşıl iqtisadiyyata keçidi; “Yaşıl Qarabağ”; COP29-un çağırışları və Azərbaycanda keçirilməsinin regional əhəmiyyəti; regionda yaşıl layihələrə investisiyaların cəlb edilməsi, dövlət və özəl sektorlarda həyata keçirilən yaşıl layihələrin və sözügedən sektorda əməkdaşlıq kimi mövzuları əhatə edib.

Açılış nitqi ilə çıxış edən Telman Əliyev 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” və 12-ci Beynəlxalq “Caspian Energy Forum”un rəsmi tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə foruma göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib və əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb.

“Fürsətdən istifadə edərək, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevaya, energetika nazirinin müavini Orxan Zeynalova, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun Həmsədri Elmar Məmmədova 12-ci Beynəlxalq “Caspian Energy Forum”da iştiraklarına görə səmimi-qəlbdən təşəkkür edirəm. COP29-a hazırlıq kontekstində biz bərpaolunan enerjiyə keçid, enerji səmərəliliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi və s. bu kimi mövzuları müzakirə edəcəyik. Ümidvaram ki, sizin təcrübəniz və baxışlarınız qlobal iqlim dəyişikliyi məsələsində davamlı inkişafa nail olmağa kömək edəcək”, - deyə Telman Əliyev qeyd edib və əlavə edib ki, forum yaşıl enerji layihələrinin həyata keçirilməsində maraqlı olan beynəlxalq investorlar üçün işıqlandırmaq məqsədi daşıyır.

““Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanıb, bu, həm energetika, həm də digər sektorların sürətli inkişafına güclü təkan verib. Xüsusilə qeyd etmək istərdim ki, çağdaş Azərbaycanın uğurları, regionların inkişafı, 30 ildən sonra Qarabağın azad edilməsi, yəni bu iqtisadi güc məhz 20 sentyabr 1994-cü ildə imzalanmış müqavilə hesabınadır. Həyata keçirilən təbii qaz və yaşıl enerji layihələri də başlanğıcını məhz bu müqavilədən götürür”, - deyə Telman Əliyev bildirib və əlavə edib ki, bu gün energetika sahəsində fəaliyyət göstərən neft-qaz şirkətləri artıq yaşıl enerjiyə keçidi elan edirlər.

“Məlumdur ki, Azərbaycan Gürcüstan və Naxçıvan-Türkiyə vasitəsilə Avropaya yaşıl enerji nəql edəcək, bu da “Əsrin müqaviləsi”nin imzalanmasının nəticəsidir. Qeyd edim ki, COP29 ölkəmizdə kiçik və orta biznes sektoruna təkan verib, KOBİA tərəfindən onlar arasında maarifləndirmə işləri aparılıb. Əminəm ki, bunun nəticəsi olaraq həmin şirkətlər iqlim dəyişmələri ilə bağlı tədbirlərin daha geniş şəkildə keçirilməsinə şərait yaradacaqlar”, - deyə Telman Əliyev çıxışında bildirib.

Daha sonra Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin 12-ci Beynəlxalq “Caspian Energy Forum”un iştirakçılarına videomüraciəti dinlənilib. Müraciətdə o, sözügedən tədbirin təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa və Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edən bir sıra mövzuların müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

Çıxışında Oliver Varxyeli Transxəzər dəhlizin Mərkəzi Asiyadan Avropaya malların çatdırılması üçün mühüm ticarət marşrutuna çevrildiyini qeyd edib: “Son layihələr onu göstərir ki, dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə arta bilər”.

12-ci Beynəlxalq “Caspian Energy Forum” sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin və investisiya şirkətlərinin 500-dən artıq nümayəndəsi yer alıb. Forumda energetika nazirinin müavini Orxan Zeynalov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov fəxri qonaq qismində, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SOCAR-ın vitse-prezidentinin müavini, enerji keçidi, ətraf mühit və dekarbonizasiya Teymur Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, “Masdar” şirkətinin ölkə üzrə meneceri, “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıxov və “ACWA Power”in biznesin inkişafı üzrə departamentinin rəhbəri Polina Lyubomirova kimi nüfuzlu şəxslər isə spiker qismində iştirak ediblər.

Forumda moderatorluq “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Uniper Global Commodities” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli tərəfindən icra edilib.

Rəsmi Tərəfdaşlar və Sponsorlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” İB 12-ci Beynəlxalq “Caspian Energy Forum”un rəsmi tərəfdaşları sırasında yer alıblar. Qızıl sponsor “Sensemi DMCC Dubai”, gümüş sponsorlar “Bon-Accord Engineering Supplies (Caspian) Lmt.”, “Safe Gas”, “Debet Safety”, bürünc sponsorlar isə “Zetaş Yapı”, “Via Ad Lucem”, “STP Global Cable”, VITAM və “Günəş” şirkətləridir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

2016-cı ildə yaranan “Enermus” QSC fəaliyyət göstərdiyi müddətdə geniş təcrübə qazanıb. Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçib, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlayıb.

Şirkətin əsas fəaliyyət istiqamətlərinə qaz təchizatının layihələndirilməsi, qaz kəmərlərinin tikintisi, qaz avadanlıqlarının satışı və qaz sənayesində mühəndislik və konsaltinq xidmətləri daxildir. QSC ABŞ, İtaliya, Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin istehsal zavodlarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkət ISO9001, ISO14001, ISO 45001 kimi beynəlxalq sertifikatlara malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir