® “Binacycle” şirkəti “Rebuild Karabakh” sərgisində iştirak edib
“Holcim Azərbaycan” “Rebuild Karabakh” sərgisində “Binacycle” brendini qürurla təqdim edib. Şirkət dairəvi tikinti praktikalarını və dayanıqlı tikinti həllərini təşviq etməyə olan öhdəliyini vurğulayıb.
“AZCD Qrupu” ilə əməkdaşlığı inkişaf etdirən “Binacycle” söküntü tullantılarını yüksəkkeyfiyyətli tikinti materiallarına çevirməyi hədəfləyir. Hazırda Ağdam bölgəsində fəaliyyət göstərən layihə azad edilmiş ərazilərdə işğal dövründə dağıdılan binaların qalıqlarından yenidən tikinti materialları istehsal etməyə yönəlib. Mövcud istehsal avadanlıqlarından yararlanmaqla “Binacycle” bu materialları yerli yol tikintisi üçün alt qatlar olaraq yenidən istifadə etməyi planlaşdırır. Bu, ölkənin “Yaşıl İnkişaf Konsepsiyası”na olan öhdəliyi ilə uyğundur. Bu innovativ təkrar emal prosesləri vasitəsilə “Binacycle” tullantıları müntəzəm olaraq istehsal sahələrinə göndərilən qiymətli resurslara çevirir.
“Binacycle” şirkətinin direktoru Rəşad Osmanov bildirib: ““Binacycle” brendi ilə tikinti sənayesində dayanıqlılıq üçün yeni bir standart müəyyənləşdiririk. Məqsədimiz tullantıları dəyərli resurslara çevirmək, həm ətraf mühitə, həm də icmalara fayda verən dairəvi iqtisadiyyatı inkişaf etdirməkdir. Bu layihə, Azərbaycanın bölgədə “Yaşıl İnkişaf Konsepsiyası”nın çempionu olmasını ekoloji və iqtisadi cəhətdən təmin edəcək”.
Sərgidə ziyarətçilər “Binacycle” haqqında daha çox məlumat əldə etmək imkanı qazanıblar. Bununla da “Binacycle”ın Qarabağda daha ağıllı və dayanıqlı şəhərlərin qurulmasına necə töhfə verəcəyinə diqqət çəkilib.