Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Birbank Star”la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”

®  “Birbank Star”la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”

Bu sözləri 150 illik yubileyini qeyd edən, ölkənin birinci bankı “Kapital Bank”ın Pərakəndə Biznes Ofisinin lideri Fərid İslamov müsahibəsində qeyd edib.

- Fərid bəy, “Kapital Bank”ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə “Birbank Star”la gündəmə gəldiniz. Necə düşünürsünüz “Birbank Star” bazarın starı ola biləcəkmi?

- Hədəfimiz də elə budur. Maliyyə bazarında hərəkətlilik yaradacaq, rəqabətədavamlı, ən əsası isə müştərilərin ürəyincə olacaq məhsul yaratmaq. Məncə, “Birbank Star” kartı ilə biz bunu bacarmışıq. Düşünün ki, sizin elə bir kredit kartınız var ki, siz onunla 30 min manata qədər məbləği ürəyiniz istədiyi kimi istifadə edə bilirsiniz. Üstəlik heç bir faiz və komissiya olmadan. İstər kartdakı pulu “Kapital Bank”ın və ya digər bankların bankomatlarında nağdlaşdırın, istər digər bank kartlarına köçürmələr edin, istər ödəniş edin heç bir fərqi yoxdur, bu əməliyyatların heç biri üçün nə faiz, nə də komissiya tətbiq edilmir.

- Yəni bugünədək hamımızın öyrəşdiyi ənənəvi kredit kartlarından istifadə şərtləri “Birbank Star”da yoxdur?

- Xeyr, yoxdur. Bildiyiniz kimi “Kapital Bank” ölkənin ən böyük müştəri bazasına sahib bankıdır. Bizim uğurumuz həm də ondadır ki, məhsul və xidmətlərimiz üzərində işləyərkən mütləq qaydada müştərilərimizin rəylərini dinləyir, onların qarşılaşdığı çətinlikləri dərindən araşdırırıq. Müştərilərimizin kredit kartından istifadə təcrübəsini araşdırdığımız zamansa tez-tez rastlaşdığımız fikirlər olur. Məsələn, kredit kartları şərtlərinin çox mürəkkəbliyi, faiz və komissiyaların necə hesablandığının anlaşılmaması və bu kimi digər fikirlər. Bu tip suallarla sorğu mərkəzimizə də çox müraciətlər gəlir. Ən çox verilən suallar balansın izlənməsi, təsdiqlənməmiş borclar, xərclənən məbləğə tətbiq edilən faizlər haqqında olur. Bu isə çox təbiidir, çünki əksər müştərilər əməliyyatlarının detallarını bankla yanaşı özləri də hesablamaq və izləmək istəyirlər. Ənənəvi kredit kartlarında isə bu hər kəs üçün aydın və rahat deyil.

Məhz elə bu əhəmiyyətli məqamları düşünərək biz yaşından, peşəsindən, sosial statusundan asılı olmayaraq hər kəsin istifadə edə biləcəyi, sadə, istifadəsi asan və böyük bir auditoriyaya xitab edəcək məhsul yaratdıq. “Birbank Star” sizin yaxın dostunuz kimidir. Kartda olan vəsaiti istədiyiniz kimi istifadə edə bilərsiniz. Heç bir əməliyyata – nə nağdlaşdırmaya, nə köçürməyə, nə də onlayn ödənişə komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ həmin ayın son gününədək karta geri qaytarılmalıdır. Məbləğ geri qaytarılmadığı və borc formalaşdığı halda isə yaranan hər 500 manatadək borc üçün 10 manat istifadə haqqı formalaşır və bu məbləğ ayın onuna qədər ödənilməlidir. Aylıq ödənişlər, həmin ödənişlərə hesablanan faizlərə nəzarət, əməliyyatlara görə gələn komissiyalar, tətbiq edilən limitləri keçib-keçməmək həyəcanı, güzəşt müddətini izləmək kimi məqamlar bu kartda yoxdur. Kart üzrə balansı və əməliyyatları isə “Birbank” mobil tətbiqində məhz “Birbank Star” üçün yaradılan funksionallıq vasitəsilə rahatlıqla izləmək mümkündür. Hər şey bu qədər rahat və sadədir. Məqsədimiz odur ki, “Birbank Star” gündəlik istifadə üçün rahat, anlaşılan eyni zamanda da hər kəsin ən sərfəli kartı olsun. Bu kart həm də kredit kartları ilə bağlı müştərilərdə olan faizi çoxdur, komissiyası var kimi neqativ fikirləri tamamilə dəyişəcək.

- Yəqin ki, müştəriləri düşündürən vacib bir məqam da keşbeklərdir. “Birbank Star”ın keşbek kimi əlavə üstünlükləri də varmı?

- Əlbəttə, bizim digər kredit kartlarında olduğu kimi, “Birbank Star”da da həm keşbek, həm də ikiqat ƏDV var. Müştərilərimiz “Birbank” mobil tətbiqindəki keşbek kateqoriyalarına qoşulmaqla, geniş partnyor şəbəkəmizdə alış-veriş etməklə və bankımızın təqdim etdiyi digər imkanlardan faydalanmaqla daha çox keşbek qazana biləcəklər.

Qeyd edim ki, müştərilərimiz “Birbank Star” kartını “Birbank” mobil tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından, həmçinin istənilən “Kapital Bank” filialından müraciət edərək əldə edə bilərlər. Eyni zamanda, müştərinin seçiminə əsasən bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur. Xatırladım ki, biz bu mövzuda “Wolt” şirkəti ilə əməkdaşlıq edirik. Hətta maraqlı bir faktı deyim ki, “Wolt”la kart çatdırılmasını nəyinki Azərbaycanda, hətta dünyada ilk olaraq biz həyata keçiririk. Şəhər ətrafı ərazilərə çatdırılmanı isə partnyorumuz “Azəriexpress” həyata keçirir.

- Bank olaraq lider mövqeyinizi qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün hansı addımları atırsınız?

- Bu sualın bir cavabı var: müştəriyönümlülük strateji hədəfimizdir. Bizim fəaliyyətimiz müştərilərimizin rahatlığına və məmnuniyyətinə fokuslanıb. Maliyyə əlçatanlığını təmin etmək üçün proseslərimizin, məhsul və xidmətlərimizin rəqəmsallaşmasına, paralelində xidmət keyfiyyətinin artırılmasına, eyni zamanda, bank xidmətlərinin təhlükəsizliyinə xüsusi diqqət ayırırıq. Yeni texnoloji həllərə, loyallıq proqramlarına aktiv investisiyalar edirik. Məmnuniyyətlə deyə bilərəm ki, öz növbəsində bütün bu təşəbbüslər də bəhrəsini verir. Bu gün nağd pul və kart satışlarımızın 52 faizi rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Keçən il buraxdığımız rəqəmsal depozit məhsulu üzrə portfelimiz 65 milyon manat təşkil edir. 2024-cü il üzrə sentyabr ayına qədər keşbek və ƏDV bonusları şəklində müştərilərimizə 52 milyon manat həcmində vəsait qaytarmışıq. Sorğu mərkəzinə daxil olan müraciətlərin 40 faizdən çoxu canlı əlaqə qurmadan AI çat bot vasitəsilə cavablandırılmaqla xidmət sürəti bir neçə dəqiqədən 4-5 saniyəyədək endirilib.

- Təşəkkür edirəm, Fərid bəy, son olaraq “Kapital Bank”ı seçən müştərilərə nə demək istəyərdiniz?

- Öncə müştərilərimizə bizi seçdikləri, bazara təklif etdiyimiz məhsulları sevərək istifadə etdikləri və bununla da bizi yeni həllər yaratmağa sövq etdikləri üçün təşəkkür edirəm. Bu gün, haqqında danışdığımız “Birbank Star” da müştərilərimizin istəklərindən ilhamlanıb yaratdığımız məhsullarımızdandır. Odur ki, hamını bu kartı sifariş etməyə dəvət edirəm. Bildirmək istəyirəm ki, çətin hesablamalar, faizlər və komissiyalar dövrü “Birbank Star”la bitdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir