İQTİSADİYYAT
® “Kapital Bank” 2023-cü ilin III rübünün nəticələrini elan edib
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 oktyabr 2023-cü il tarixinə 8.5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4 milyard manat olub.
2023-cü il oktyabrın 1-nə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.5 milyard manat təşkil edib.
Bankın 1 oktyabr 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 792 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.