® “Kapital Bank”da depozit yerləşdir, 50 min manat qazanmaq şansı əldə et
Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı “Kapital Bank” depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verib.
Şərtlərə əsasən, 31 oktyabr tarixinədək minimum 500 manat olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olma şansı əldə edəcəklər.
İki tirajdan ibarət olan lotereyada iştirakçıları müxtəlif hədiyyələr gözləyir. 4 oktyabrda keçiriləcək ilk tirajda 40, 7 noyabrda keçiriləcək ikinci tirajda isə 60 qalibə maksimum 2000 manat olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18 faizədək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 min manata sahib olacaq.
Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 manat depozit 10 şans, “Birbank” mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 manat üçün 20 şans yaradır.
Kampaniyaya qoşulmaq və ətraflı məlumat üçün: https://kbl.az/dlpr
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.