İQTİSADİYYAT
® “Kapital Bank”ın 150 illiyinə özəl keçirilən lotereyanın ilk tirajı yekunlaşıb
Xəbər verdiyimiz kimi, ölkənin ilk rəqəmsal bankı “Birbank” taksit kartı sahibləri üçün lotereya keçirir.
Bu gün “Kapital Bank”ın 150 illik yubleyi münasibətilə keçirilən lotereyanın ilk tirajı baş tutub. 2024-cü il iyulun 10-31-də edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 manat, 1000 nəfər 10 manat dəyərində keşbek, 20 nəfər 100 manat, 10 nəfər 500 manat, 2 nəfər 1000 manat, 1 nəfər isə 10 min manat pul mükafatı qazanıb.
Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj1
Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 min manatdır. 2024-cü il sentyabrın 30-dək keçiriləcək lotereyada “Birbank” taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. 3 tirajda keçirilən lotereyanın 2-ci tirajı sentyabrın 10-da (1-31 avqust tarixində edilən əməliyyatlar), final tirajı isə oktyabrın 15-də keçiriləcək.
Lotereyanın şərtlərinə əsasən, “Birbank” taksit kartları ilə edilən hər 50 manat və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və “Ninja” (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 manat üçün 10 bilet əldə edir.
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər “Birbank” mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa, səhifədə hər ay yenilənəcək “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.