Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Mənsumə Talıbova: Nevroloji xəstəliklərin əlamətləri diaqnozdan asılı olaraq fərqlənə bilər

®  Mənsumə Talıbova: Nevroloji xəstəliklərin əlamətləri diaqnozdan asılı olaraq fərqlənə bilər

Son vaxtlar nevroloji xəstəliklər artmaqda davam edir. Oturaq həyat tərzi, gərgin iş saatları, yollarda tıxaclar, yaşadığımız streslər və həyatda üzləşdiyimiz digər problemlər sinir sisteminə birbaşa təsir edir. Nevroloji xəstəliklər dedikdə, ilk növbədə, sinir sistemi xəstəlikləri nəzərdə tutulur. Sinir sistemi insan orqanizmini hərəkətə gətirən və onu ətraf mühitlə əlaqələndirən sistemdir. Hər bir hərəkət, davranış, ətraf mühiti qavrama, hissiyyat sistemi - bunlar hamısı sinir sistemini təşkil edir. Nevroloji xəstəliklər, onların əlamətləri, müalicə metodları ilə bağlı sualları Mərkəzi Gömrük Hospitalının həkim-nevropatoloqu Mənsumə Talıbova cavablandırıb.

-Həkim, hansı hallarda pasiyentlər nevropatoloqa müraciət etməlidir və nevroloji xəstəliklərin əlamətləri hansılardır?

-Çox vaxt nevropatoloqa başağrısı, miqren, sinir köklərinin sıxılması nəticəsində yaranan kürəkdə, boyunda və beldə ağrı və fəqərəarası disklərdə degenerativ dəyişikliklər olduqda müraciət olunur. Nevroloji xəstəliklərin əlamətləri xəstəliyin diaqnozundan asılı olaraq fərqlənə bilər. Bəzi nevroloji xəstəliklər oxşar əlamətlərlə özünü göstərə bilər. Bəzən elə olur ki, pasiyent həmin şikayətlərin nevroloji xəstəliyin əlaməti olması barədə məlumatlı olmur və digər ixtisaslı həkimlərə müraciət edir. Lakin nevropatoloq tərəfindən ətraflı müayinə edildikdə mövcud xəstəlik müəyyən edilir və diaqnoz qoyulur. Hər bir pasiyent özünəməxsusdur, bu səbəbdən eyni xəstəlik olsa belə özünü müxtəlif simptomlarla göstərə bilər. İnsanların nevroloji xəstəlikləri özlərinin təyin etməsi mümkün deyil, bu, ixtisaslı həkim tərəfindən təyin edilməlidir.

- Hər hansı ağrı nevropatoloqa müraciət etmək üçün əsas ola bilərmi?

- Gəlin, bəzi ağrıları araşdıraq. Məsələn, ən çox müşahidə olunan başağrılarından adətən ağrıkəsicilər qəbul etməklə qurtuluruq. Başağrıları çox vaxt yuxu rejiminin pozulmasına da səbəb ola bilir. Bu, uzun müddət, fasilələrlə davam edirsə, artıq bununla zarafat etmək olmaz. Səbəbini öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Bəzən başağrıları ilə paralel yuxarı ətraflarda keylik müşahidə olunur. Bu cür şikayətlər zamanı da nevropatoloqa müraciət olunmalıdır. Çünki bunun qarşısı vaxtında alınmadıqda beyin qan dövranının pozulması baş verə bilər. Yaxud götürək kürəkdə, beldə və ya boyunda olan ağrıları. Bu cür müntəzəm ağrılar sinir sisteminin fəaliyyətində pozuntu əlamətindən xəbər verir. Bel ağrıları beldə olan hər hansı patologiyanın simptomu kimi özünü göstərir. Düzgün diaqnoz qoyub müalicələr etmək üçün xəstə vaxtında həkimə müraciət etməlidir və onun qarşısı vaxtında alınmayanda daha ağır xəstəliklərə çevrilə bilər.

Baş gicəllənməsi və tarazlığın itməsi də beyinin, ürək-damar və ya nevroloji xəstəliklərin işində problemin olduğundan xəbər verir. Bundan başqa, unutqanlıq, danışmaqda çətinlik, çaşqınlıq – bütün bunlar həkimə müraciət üçün kifayət edir.

- Uzun müddət başağrısından əziyyət çəkənləri nevroloji xəstə hesab etmək olarmı?

- Başağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilər. Amerikalı alimlərin apardığı tədqiqatın nəticəsinə görə, nevroloji xəstəliklərlə bağlı müraciətlərin 70 faizini başağrıları təşkil edir. Bəzən xəstələr özlərini evdə müalicə etməyə üstünlük verirlər. Onlar gah ağrıkəsicilər qəbul edir, gah da xalq təbabətindən məlum olan bitki çayları ilə özlərini müalicə edirlər. Lakin bu, düzgün deyil. Qəbul edilən ağrıkəsici preparatlar başağrısını müəyyən müddət kəsə bilər. Lakin bu, ümumiyyətlə, müalicə deyil. Əgər həftədə iki dəfə baş ağrıyırsa, həkim-nevropatoloqa müraciət edilməlidir. Çünki baş ağrısının səbəbləri müxtəlif olur. Yalnız müayinələr nəticəsində xəstəyə düzgün diaqnoz qoymaq mümkündür. Bu səbəbdən başağrısı zamanı mütləq həkimə müraciət etmək məsləhətdir.

- Sizcə, stres hansı orqanlara və necə təsir edir? Bu, nevroloji xəstəliklərə, həmçinin sağlamlıqla bağlı ciddi problemlərə səbəb ola bilərmi?

-Streslər və əsəb gərginlikləri həzm sisteminə təsir edərək qastrit, xoralar və bağırsaq qıcıqlanması yaradır ki, bütün bunlar da nevrozların nəticələridir. Stresin nəticələri yeməyə münasibətin dəyişməsi ilə əlaqələndirilir: bəzi insanlar daha çox yeyir, digərləri isə əksinə, iştahaları tamamilə yox olur.

Yuxu pozğunluğu emosional vəziyyətin qeyri-sabit olduğunu göstərən ilk əlamətdir. Yuxu çatışmazlığı artarsa, mənfi təsir də artır.

Psixi xəstəliklər, alkoqollu içkilər, güclü stres, həyəcan çox vaxt nəticədə depressiya və ya nevrozun daha ağır formalarına səbəb ola bilər.

Qeyri-sabit emosional vəziyyətdə olan insan həyatının qalan hissəsinə təsir edə biləcək səhvlər edə bilər. Stres orqanizmi zəiflədir və xəstəliklərə daha həssas edir. Ona görə də sağlamlığın vaxtında qayğısına qalmaq lazımdır. Xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət edilməlidir ki, vaxtında müalicə alıb yeni xəstəliklər qazanılmasın.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb