"Azərişıq" Azərbaycan Autizm Assosiasiyasında uşaqları sevindirib
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərişıq” ASC Azərbaycan Autizm Assosiasiyasında məşğələ və təlimlərə cəlb olunan uşaqları sevindirib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Assosiasiyada keçirilən tədbirdə müxtəlif idman oyunları və məşğələlər təşkil olunub.
Hər zaman sosial layihələrə dəstək olan “Azərişıq” ASC adından azyaşlılara müxtəlif hədiyyələr təqdim edilib.
“Uşaqlar işıqlı gələcəyimizdir, gələcəyimiz naminə dəstəyimizi əsirgəməyək!”, - deyə ASC-nin məlumatında qeyd olunub.