Nazirlik: Yanvar-sentyabr aylarında e-xidmətlərə 5,4 milyon müraciət edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə cari ilin yanvar-sentyabr aylarında 5,4 milyon müraciət olunub.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən dövrdə 200 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 590 min elektron arayış verilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində qurumun xidmətlərinin 90 faizi e-qaydada təqdim olunur.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 316 milyon olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:20]
Məktəbli formasının tətbiqi ilə bağlı veteranlardan çağırış
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]