"Dinamo"nun aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxacaq
Bakı, 14 avqust, AZƏRTAC
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun aparıcı futbolçusu Mauro Perkoviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oynaya bilməyəcək.
AZƏRTAC xəbər verir ki, 21 yaşlı müdafiəçi zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşlərdə forma geyinməyəcək. Dizi bağları qopan oyunçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Ağdam klubu "Dinamo"ya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə ayın 28-də Bakıda keçirəcək. Zaqrebdəki görüş Bakı vaxtı ilə saat 23:00-da, evdəki oyun isə saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]