"İdman - Narkomaniyaya qarşı" devizi altında cüdo yarışı keçirilib
Bakı, 23 may, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman - Narkomaniyaya qarşı” devizi altında cüdo yarışı keçirilib.
Xəzər Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarış kiçik və yeniyetmə idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə məqsədi daşıyıb.
Buzovna Peşə Liseyinin idman zalında keçirilən yarışda 100-dək kiçik və yeniyetmə cüdoçu iştirak edib.
Qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.