"Kür" həndbol klubu Bakıdakı beynəlxalq turnirdə ilk oyununu keçirib
Bakı, 28 avqust, AZƏRTAC
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, “AHF Arena”da keçirilən yarışın açılış matçında Azərbaycanın "Kür" və Qazaxıstanın "Astana" komandaları üz-üzə gəliblər. Qarşılaşma qonaqların 36:26 hesablı qələbəsi ilə başa çatıb.
Günün növbəti görüşündə "Qarabağ" Özbəkistan millisini sınağa çəkəcək. Oyunun start fiti saat 17:00-da səslənəcək.
Qeyd edək ki, qadınlardan ibarət 6 komandanın iştirak etdiyi turnirə sentyabrın 1-də yekun vurulacaq.