"Neftçi" almaniyalı futbolçunun transferini açıqlayıb
Bakı, 22 iyul, AZƏRTAC
“Neftçi” almaniyalı futbolçu Robert Baueri transfer etdiyini açıqlayıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, "ağ-qaralar" 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
R.Bauer paytaxt təmsilçisində 23 nömrəli formanı geyinəcək.
O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib.
Robert Bauer karyerası ərzində Almaniyanın “Verder Bremen”, Nürnberq” və “İnqolştadt” klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarında da mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]