"Qarabağ"ın müdafiəçisi: Hədəfimiz Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməkdir
Bakı, 27 avqust, AZƏRTAC
"Hədəfimiz əsas mərhələyə yüksəlməkdir. Oyuna da çox yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, qalib gələn tərəf biz olaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın "Dinamo" klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, müdafiə xəttində müəyyən problemlərin olduğunu etiraf edib: "Amma ən önəmlisi, bu səhvlərimizdən dərs çıxarmaqdır. Tənqidlərə baxmayaraq, hər şey qaydasındadır. Bu, bizdə təzyiq yaratmır. Hər kəs sakitdir, hamının inamı tamdır. Düşünürəm ki, komanda olaraq hamımız yaxşı psixologiyadayıq. Sevindiricidir ki, avrokuboklarda təcrübəyə sahibik".
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında Zaqrebdə oynanılan ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]