"Real Madrid" "Valensiya"nın qapısından iki cavabsız top keçirib
Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC
İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu "Santyaqo Bernabeo" stadionunda oynanılıb. "Real Madrid" doğma azarkeşlər önündə "Valensiya"nı qəbul edib. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları “Valensiya”dan Daniel Vass (öz qapısına), “Real”dan Lukas Vasqets vurublar. Bu qələbədən sonra "Real Madrid" xalların sayını 23-ə çatdıraraq turnir cədvəlində 5-ci yerə yüksəlib. "Valensiya" isə 17 xalla 13-cü yerdə qərarlaşıb.
Gün ərzində keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Rayo Vallekano" - "Eybar" - 1:0
"Selta Vigo" - "Hueska" - 2:0
"Real Valladolid" - "Votford" - 2:4
"Xetafe" - "Espanyol" - 3:0.