"Sabah"ın hazırlıq planında dəyişiklik edilib
Bakı, 16 iyul, AZƏRTAC
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi iyulun 18-də Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, Macarıstana yola düşəcək.
Paytaxt klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandası ilə Macarıstanda keçiriləcək ilk oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.
Qeyd edək ki, iyulun 25-də Kişvarda şəhərində oynanılacaq “Makkabi”-“Sabah” görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 1-də Bakıda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]