"Vugar Gashimov Memorial-2022"nin afişası ABŞ-ın məşhur meydanında
Bakı, 10 dekabr, AZƏRTAC
ABŞ-ın məşhur "Times" meydanında "Vugar Gashimov Memorial-2022" şahmat turniri barədə məlumat nümayiş olunub.
Turnirin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nyu-York sakinləri "Vugar Gashimov Memorial-2022" barədə məlumatı şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər. Turnirin təşkilatçıları Azərbaycanın şahmat tarixində ilklərə imza atmağa davam edir.
Turnirdə yeddi ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]