ABA rəhbərinin iştirakı ilə dünya və Türkiyə iqtisadiyyatı ilə bağlı müzakirələr aparılıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 65-ci Ümumi Yığıncağında iştirak edib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, ümumi Yığıncaq Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebatinin iştirakı ilə təşkil olunub. İclasda dünya və Türkiyə iqtisadiyyatındakı cari vəziyyət və yeni perspektivlər müzakirə edilib. Üzv bankların iştirakı ilə keçirilən iclas zamanı Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq edilib.