İQTİSADİYYAT
ABA rəhbərliyi Avropa Banklar Federasiyasının illik iclasına qatılıb
Bakı, 1 iyun, AZƏRTAC
İstanbulda Türkiyə Banklar Birliyinin (TBB) təşkilatçılığı ilə Avropa Banklar Federasiyasının (ABF) illik iclası keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, Mərkəzi və Şərqi Avropa və digər ölkələrdən banklar assosiasiyaları rəhbərlərinin iştirak etdikləri iclasda Türkiyədə bank sektorunun cari vəziyyəti, Ukrayna-Rusiya müharibəsinin qonşu ölkələrin iqtisadiyyatına təsiri, ABF-nin fəaliyyətləri və Avropa İttifaqı səviyyəsində maliyyə-bank sektorunda ən son yeniliklər, Basel III/IV və ESG risklər, davamlı inkişafın maliyyələşdirilməsi, maliyyə savadlılığı olub. ABA prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Azərbaycanda maliyyə-bank sektorunun cari vəziyyəti, pandemiya və ondan sonrakı dövrlərdə bank sektorunun fəaliyyəti, həyata keçirilmiş layihələr, görülmüş işlər barədə məlumat veriblər.
Hazırda Avropa Banklar Federasiyasına Avropa ölkələrindən 32 bank assosiasiyası üzvdür. Bu assosiasiyaların nəzdində 3500 bank təmsil olunur.